Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə36/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
38
baş sındırmaq və belə elementləri sistemləşdirməyə cəhd etmək 
əbəsdir. Oxşar imitasiyalar istər təbiətin, istər insanın və istərsə 
də cəmiyyət həyatının dərkində baş verə bilər. Ona görə də tə-
dqiqatlarda oxşar elementlərin sistemliliyindən daha çox onların 
tipoloji keyfiyyətlərinin açılmasına diqqət yetirmək lazımdır. 
Dillərin arasında oxşar imitasiyalar əsasında müştərək element-
lərin törədiyinin təsadüfi olmadığı onunla təsdiq edilə bilər ki, 
belə elementlərin özlərinin ardıcıllığı vardır. (Bu barədə sonra-
kı səhifələrdə bəhs edilir). 
5. Ayrı-ayrı dil ailələrinin yaranması məsələsinə gəlincə bu-
rada məsələni qəlizləşdirən elə bir problem görünmür. İlk insan 
qruplarının ayrı-ayrı münbit ərazilərdə məskunlaşması mən-
tiqə uyğun hesab olunursa onda ehtimal etmək mümkündür ki, 
kompakt insan qrupları getdikcə öz ərazilərini genişləndirmiş, 
yəni törəmiş, artmış, çoxalmış və yayılmışlar. Yayıldıqca onla-
rın dillərinin genetik oxşarlığı saxlanmaqla bir-biri ilə tipoloji 
quruluşda ciddi fərq yaratmayan dil ailələri də formalaşmışdır. 
Məsələn, türk dilləri ailəsi kimi, Hind-Avropa dilləri ailəsi kimi, 
Çin-tibet dilləri ailəsi kimi, Sami-hami dilləri ailəsi kimi və s. 
Bu dil ailələrinin içərisində isə zaman-zaman özünün xüsusi 
norması ilə fərqlənən müstəqil milli dillər formalaşmağa başla-
mışdır. Dünya dillərinin yaranmasında belə prosesin baş vermə-
si mümkün hesab edildiyi halda, onların bir kökdən törəməsini 
sübut etməyə yönələn cəhdlərin heç bir praktik əhəmiyyəti və 
perspektivi yoxdur. Ancaq müxtəlifsistemli dillərin arasındakı 
müştərək elementlərin tədqiq olunması bir dildə izahı çətin olan 
söz və formaların tapılmasında, mənaların anlaşılmasında, ay-
rı-ayrı dillərin tarixi və etimoloji lüğətlərinin hazırlanmasında 
çox böyük əhəmiyyətə malikdir. Müxtəlifsistemli dillərdə müş-
tərəkliklərin araşdırılması ilə, həmçinin dillərarası boşluqların 
(lakunaların) mövcudluğu da ortaya çıxır. Məsələn, Azərbaycan



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin