Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə34/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
36
masında həm təbiətin, həm insanın öz daxili aləminin və həm 
də cəmiyyətin dərki mühüm rol oynayır. Beləliklə, insan təbiə-
ti, özünü və cəmiyyəti dərk edə-edə əşya, hadisə və prosesləri 
imitasiyaya çevirib təfəkkürün süzgəcindən keçirə-keçirə dilin 
formalaşmasının bünövrəsini qoyur. İnsan təfəkkürü, əlbəttə ki, 
birbaşa səsli dili yaratmayıb. Səsli dilə keçid ilkin informasiya 
vasitəsi olan daxili nitqdən başlanır. Daxili nitq isə öz xarakte-
rinə görə universaldır. Yəni bütün insanlar ətraf aləm hadisələrini 
və özünüdərk prosesini eyni cür qavraya bilərlər. Dillər arasın-
da koqnitiv (oxşar) elementlərin yaranması da məhz bu proseslə 
bağlıdır. Daxili nitqin universallığı dilçilikdə bir sıra yeniliklə-
rin də baş verməsinə səbəb olmuşdur. Məsələn, yəhudi mənşəli 
Amerika dilçisi Zelliq Xarris (1909-1992) özünün “Transfor-
masiya dilçiliyi”nə dair tədqiqatlarında koqnitiv elementlərin 
araşdırılmasına diqqəti cəlb edir. Digər yəhudi mənşəli Amerika 
dilçisi Roam Xomski isə (1928) daxili və zahiri nitqin əlaqəsi 
fonunda dilçilikdə inqilab kimi “Törəmə qrammatika” ideyasını 
ərsəyə gətirmişdir. Aydındır ki, insan həm təbiəti, həm özünü və 
həm də cəmiyyəti bir anda dərk edib onu imitasiyaya çevirməklə 
təfəkkürün malı kimi formalaşdıra bilməzdi. Buna illər, əsrlər, 
zamanlar lazım olmuşdur. Ona görə də dilin birdəfəyə yaranma-
sı barədə fikirlər söylənirsə bu ancaq əfsanəyə bərabər olar.
4. İnsanın yaranması üçün əlverişli mühit dünyanın müxtəlif 
yerlərində mümkün olduğu üçün demək olmaz ki, insan ailəsi bir 
ərazidə dünyaya göz açmış və sonralar böyük miqrasiyalar baş 
verməklə kök dildən başqa dillər yaranmışdır. Əgər zaman-za-
man yer maddəsinin daxili elementlərinin qarşılıqlı mübadilə-
si ilə insan yaranmasının hazırlıq mərhələsi baş vermirsə onda 
bu proses dünyanın müxtəlif yerlərində və güman ki, müxtəlif 
zaman məsafələrində meydana çıxa bilərdi. Bu halda, hər bir 
ərazidə yaranan insan nəsli mümkündür ki, özü üçün xüsusi bir 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin