Linqvistik tipologiya
39
dilində insanı cinsə görə fərqləndirən müvafiq sözlər vardır: ki-
şi-qadın, qız-oğlan və s. heyvana aid cins bildirən sözlərdə isə
boşluqlar var. Məsələn, erkək at ayğır adlanır, dişi at madyan.
Erkək dəvə nər adlanır, dişi dəvə maya. Ancaq erkək şir ilə ca-
navar ilə, tülkü ilə pişik ilə onların dişilərini bildirən sözlər for-
malaşmamışdır. Odur ki, belə boşluqların səbəbləri də insan və
ətraf mühitin dərki ilə bağlı müəyyən olunmalıdır. İndiki infor-
masiya əsrində ayrı-ayrı müstəqil dillərin beynəlxalq informa-
siya məkanına qoşulmasında sözlərin düzgün mənalandırılması
baxımından bu istiqamətdəki tədqiqatlar xüsusi əhəmiyyətə ma-
likdir. Onu da nəzərə almaq lazımdır ki, müxtəlifsistemli dillər-
dəki genetik müştərəklikləri araşdırdıqca bu dillərdəki tipoloji
uyğunluqlara aid faktları da ortaya çıxarmaq olur. Bu baxım-
dan dillərin tipoloji dəyişmələrinin istiqamətləri barəsindəki bir
çox fikirlərə də yeniliklər edə bilmək mümkündür. Ona görə də
görkəmli alimlərin müxtəlifsistemli dillər barədə dediyi bu fi-
kirləri unutmaq olmaz ki, “Müxtəlifsistemli dillərin müqayisəli
təhlili ana dilində çətin müşahidə olunan məqamların açılmasına
imkan yaradır, eyni zamanda, ana dilini gözlənilməz bir nurla
işıqlandırır”.
1
1
Л.В.Щерба. Преподавание иностранных языков в школе. М-Л., 1947, с.
44; А.Ахундов. Цмуми дилчилик. Бакы, 1979, с. 234.
Mübariz Yusifov
40
Dünya dillərinin genealogiyası
Dillərin genealoji təsnifi tipoloji tədqiqatlarla bağlı meydana
çıxmışdır. Genealoji təsnif qohum dil ailələrinin qruplaşdırılma-
sı məsələsini əhatə edir. Qohum dillərin öyrənilməsi ilə əlaqə-
dar belə bir məsələ aydınlaşdırılmalı olur ki, bu dillər müəyyən
arasıkəsilməz ərazilərdə yayılmışdır. Bundan belə çıxır ki, dil
yayılmamışdan əvvəl dil istifadəçiləri müvafiq ərazilərdə məs-
kunlaşmışalar. Qohum dillərin müəyyən ərazilər üzrə yayılma-
sını öyrənmək dilçilik coğrafiyasının meydana gəlməsini şərt-
ləndirir. Tipoloji təsnifə müxtəlifsistemli, qohum olan və qohum
olmayan dillər daxil edilirsə, genealoji təsnifə ancaq qohum
olan dillər, dil ailələri, dil qrupları daxil edilir. Dillərin qohum-
luq coğrafiyası A.A. Reformatiskinin “Введение языкознание”
(M., 1967) adlı əsərinə geniş və ətraflı izah edilir. Həmin kitabda
dillərin genealoji təsnifi aşağıdakı kimi verilmişdir:
I Hind-Avropa dilləri
Hind qrupu
Bu qrupda 96-dan çox canlı dil olduğu göstərilir:
1. Hindi və Urdu (Hindistani)
2. Benqal
3. Pəncab
4. Lahnda
5. Sindhi
6. Pacastrani
7. Qucarati
8. Marathi
9. Sinqal
|