Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə45/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
63
dır-atdır.Yerdəyişmə isə mümkün deyildir: at-ın-lar-dır forması 
yoxdur. Eləcə də sözdüzəldici şəkilçilərdə sıra vardır: qur-aş-
dır-ıcı-lıq. Bu sözdə şəkilçilərin yerini dəyişib qur-dur-aş-ıcı-lıq 
kimi ifadə etmək olmur. 
Türk dilləri ailəsi aqlütinativ dillər qrupuna daxildir. Türk 
dillərində bir qayda olaraq sözdüzəldici və sözdəyişdirici şəkil-
çilərin söz sonuna qoşulması ümumi qaydadır. Həm sözdüzəldi-
ci, həm də sözdəyişdirici şəkilçilərin hər birinin qrammatik mə-
nası vardır. Məsələn, saxlatdırılacaqdır sözündə saxla söz kökü 
– birinci icbar növ şəkilçisi (t), ikinci icbardan icbar düzəldən 
şəkilçi (-dır), -ıl məchul növ şəkilçisi, acaq qəti gələcək zaman 
şəkilçisi, -dır (sonuncu) xəbərlik şəkilçisidir. Aqlütinativ dillərə 
məxsus bu əlamət başqa dillərdə mövcud deyildir. Aqlütinativ 
dillər qrupunda türk dilləri aparıcı yer tutur. Bu dillər qrupuna, 
həmçinin fin-uqor və monqol dilləri daxildir. 
İnkorporlaşan (polisintetik) dillər
İnkorporlaşma termini mənşəcə latın dilinə məxsusdur. Mə-
nası öz tərkibinə daxil olmaq, birləşmək, bitişmək deməkdir. İn-
korporlaşan dillərə polisintetik dillər də deyilir. Polisintetik ter-
mini də mənşəcə latın dilinə məxsusdur. İkorporlaşma ilə paralel 
işlədilir. Polisintetik dillərdə söz ilə cümlənin sərhəddi yoxdur. 
Yəni cümlələr daxilən sıralanır, sözlərin leksik funksiyası qram-
matik funksiya ilə əvəz olunur. Ona görə də bu dillər polisintetik 
hesab olunur. Polisintetik dillərə Amerika hindularının dilləri, 
eləcə də çukot-koryak dilləri qrupu daxildir. Şimali Amerika 
hindularının dilindəki ninakakva sözünü polisintetizmə aid nü-
munə kimi göstərmək olar. Bu söz hərfən mən ət yemək mənasını 
bildirir. Burada ni mən, nakatatl (kök – naka) - ət,  kva – yemək 
mənasını bildirən sözlərdir. Onlar bir vahiddə birləşib söz şəkil-
ndə formalaşsa da əslində, cümlə kimi işlədilir. 
Yaxud tivalantoak sözü mən bıçağı çıxartdım mənasını bil-
dirir. Burada ti – birinci şəxsin presiksi, vala – bıçaq söznün əsa-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin