Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə43/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
61
dən хаживать (yerimək) sözü düzəldilir. Хаживать sözünə 
əlavə etdikdə yхаживать (qulluq etmək), уход (gediş), выходь 
(çıxış), вход (giriş) kimi sözlər yaranır. Flektiv dillərin daxili 
quruluşunda analitizm əsas yer tutur. Analitizm termini mən-
şəcə latın dilinə məxsusdur. Mənası uyğun olan (bərabər olan) 
deməkdir. Dilçilikdə analitizm termini bərabərhüquqlu (söz-
hüquqlu) elemetlərin birləşib bir vahid yaratmsı kimi qəbul edi-
lir. Analitizm həm də sözün əvvəlinə bərabərhüquqlu sözyarat-
ma funksiyasını daşıya bilən elementlərin daxil edilməsi kimi də 
başa düşülür. Analitizm bir qayda olaraq sintetizmə qarşı qoyu-
lur. Sintetizm sözü bir termin kimi sintez sözündən yaranmışdır. 
Mənası qoşulma deməkdir. Dilçilikdə sonşəkilçililik mənasında 
başa düşülür. Sintetizm və analitizm dillərdə adekvat vahidlərin 
əvvələ və ya sona qoşulması faktlarına əsasən müqayisə edilir. 
Məsələn, rus dilindəki стол sözü hallanıb yiyəlik hala düşdükdə 
стола (stolun) formasını alır. Fransız dilində isə adekvat element 
əvvələ keçir: de la tabe; ingilis dilində eyni qayda müşahidə edi-
lir: to table. Rus dilindəki страна sözü hala görə dəyişdikdə 
страны, стране, страну, страной, странами, странах kimi 
formalara düşür. Yəni sözün əvvəli yox, sonu dəyişir. İngilis dil-
ndə isə sözün əvvəli dəyişir: the country (ölkə), of the contury 
(ölkənin) to the country (ölkəyə)with the country (ölkə ilə)  s. 
Bu xüsusiyyətə görə rus dili ya flektiv-sintetik və ya flek-
tiv dillər qrupuna daxil edilir. Roman-german dilləri isə anali-
tik dillər hesab olunur. Halbuki, rus dilini, eləcə də rus dilinin 
daxil olduğu slavyan dil qrupunu analitizmdən təcrid etmək 
mümkün deyildir. Misal üçün aşağıdakı nümunələri nəzərə al-
maq olar: верuть–поверить, играть–проиграть, классный–
внеклассный, планетный–межпланетный, краска–окраска, 
против–напротив, стол–на столе, под столом, звонить–
перезвонить və s.
Analitik tip kimi təqdim olunan dillərdə sintetizm (şəkil-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin