Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə51/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
70
Ərəb dilçiliyində ənənəvi qaydaya çevrilmiş bu modellərdən 
istifadə indi də qalır. Ərəb dilçilik məktəbinin modelləri başqa 
dillərə də tətbiq edilirdi. Məsələn, Mahmud Kaşğarinin “Di-
van-i lüğət-it-türk” adllı əsəri türk dillərinin müqayisəsinə həsr 
olunsa da təhlil üsulu ərəb dili modellərinə əsaslanırdı. Mahmud 
Kaşğarinin sintaksisə həsr olunmuş “Kitabi-cəvahürül-nəhv fil-
lüğət-it-türk” adlı əsəri də olmuşdur ki, bu əsər indiyə qədər əldə 
edilməmişdir. Qədim dilçilikdə sintaksisə az yer verildiyindən, 
əlbəttə, bu əsərin dəyəri ölçüyəgəlməzdir.
 Müqayisəli tarixi dilçilik məkətbi
(XIX əsr) Müqayisəli tarixi dilçilik məkətbinin nümayən-
dələri bunlar idi: Frans Bopp, Ramus Raks, Yakov Qrimm, Alek-
sandr Vostokov. Bunlar bir-birindən asılı olmayaraq Hind-Avro-
pa dillərinin müqayisəli tarixi qrammatikasına dair tədqiqatlar 
aparmışlar.
Frans Bopp (1791-1867) fransız dilçisidir, əsas əsərləri bun-
lardır:
1. Yunan, latın, fars və german dillərinin təsrifi ilə müqa-
yisədə və mətnin orijinalında, dəqiq vəznli tərcümədə Pamayana 
və Mahabaratadan epizodlarla və Vedaların təfriqələrlə sanskri-
tin təsrif sistemi” (1816)
2. “Sanskrit, zend, erməni, yunan, latın, Litva, köhnə slav-
yan, qot və alman dilərinin müqayisli qrammatikası” 1833-1852 
(I cild), 1861 (II cild), 1868-1870 (III cild) 
Frans Bopp dillərin tipologiyasını belə göstərirdi:
1) həqiq söz kökü olmayan dillər
2) birləşmə qabiliyyəti olan təkhecalı söz kökləri olan dillər 
3) üç samitlə səciyyələnən ikihecalı söz kökləri olan dillər
Ramus Rask (1787-1832) Danimarka dilçisidir. 25 dil bilir-
di. “Qəddim Şimal dili sahəsində tədqiqat və yaxud island dili-
nin mənşəyi” əsərinin müəllifidir..



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin