Mübariz Yusifov 80 elementlərin, eyni zamanda dil normasının müəyyənləşdırilmə-
sindən ibarətdir. Təsviri metodda faktların təhlili əsas prinsip-
dir. Təsvri metod mexaniki təsvir, siyahıyaalma olmadığı üçün
onun tətbiqi dilçiliyin inkişafı ilə mütənasiblik yaradır. Təsviri
metod tarixi, tarixi-müqayisəli üsullarla da qarşılaşır. Təsviri
metoddan bir çox alimlər istifadə edib qrammatikalar yaratmış-
lar. Məsələn, məntiqi qrammatika tərəfdarlarından F.İ.Buslayev,
psixoloji-qrammatika məktəbinin nümayəndəsi A.A.Potebniya,
formal qrammatika məktəbinin nümayəndəsi F.Fortunatov dillə-
rin təsviri öyrənilməsi üsulundan istifadə etmişlər. Azərbaycan
dilinin fonetikasına, morfologiyasına, sintaksisinə və üslubiyy-
tına dair yazılmış əsərlərdə də təsviri metoddan istifadə edilmiş-
dir. Təsviri metod hazırda struktur təhlil metodu ilə qarşılaşır və
bir-birlərinə təsir göstərirlər.
Müqayisəli – tarixi metod Müqayisəli-tarixi metod XIX əsrin əvvəlində meydana çıx-
mış və bu əsrin başqa metodlarını kölgədə qoyaraq dilçilik elminə
yeni bir “rəng, çalar” gətirmişdir. Müqayisəli-tarixi metodun əsas,
aparıcı vəzifəsi tarixən qohum dillərin inkişafına təsir edən qa-
nunauyğunluqların öyrənilməsindən ibarətdir. Bu istiqamətdəki
təhlildə tədqiqatın predmeti bazasında qohum dillərin material-
larının toplanması mühüm addımdır. Əldə edilən faktlar əsasında
dilin qədimlərdə formalaşmasına aid vacib məsələlər araşdırılır.
Əgər təsviri metod müasir dillərin hazır materiallarına əsaslanırsa
tarixi-müqaisəli metod hətta yazılı mənbələrə əsaslanmadan qə-
dimdən bəri izlıəri yaşayan faktların təhlilinə əsaslanır. Məsələn,
türk dillərinin ən qədim dövrünə (eradan əvvəlki minilliklərə)
aid köksözlülük, analitiklik, disillabiklik mərhələsini işıqlandı-
ran heç bir yazılı fakt və nümunə hazırda mövcud deyildir. An-
caq dil faktları öz ənənsində qədimliyin izlərini daşıyır. Həmin