Mübariz Yusifov 76 “Struktural dilçilik” (1939), L.Yelmslev “Ümumi qrammatikanın
prinsipləri” (1928), H.Uldal “Qlossematikanın əsasları”.
L. Yelmslevə görə norma uzus (adət, ənənə) və nitq aktı
tələb edir. Yəni norma uzus nitq aktından doğur.
Amerika desprektiv dilçilik məktəbi Amerika dilçilik məktəbinin nümayəndələri bunlardır: Far-
ns Boas (1858-1942), Monard Bulmfild, Blok, Treycer, Sepir,
Hakit və Harris. Onların tədqiqatında desprektiv (latınca təsvir
deməkdir) metod əsas götürülür. Distributiv təhlildə dil vahid-
lıərinin ardıcıllığı (fonem, morfem, söz) mühüm prinsip kimi
qəbul edilir.
Riyazi dilçilik metodları Bu metodlar R.Yakobson (1896), K.Mennon, N.Xomski
kimi mütəxəsislər tərəfindən tətbiq olunmuşdur. Lakin dil daxili
nitq ilə dəyişdirilə bildiyindən buraya riyazi düsturları tətbiq et-
mək özünü həmişə doğrultmur.
Sovet dilçilik məktəbi Sovet dilçiliyində əvvəlki ənənələrin davam etdirilməsinə
xüsusi üstünlük verilirdi. Sovet dilçiliyində demək olar ki, tə-
dqiqatlar ənənəvi dilçilikdə qoyulan prinsiplərdən kənara çıx-
mamışdı. Ancaq bu dövrdə 1950-ci ilə qədər Nikolay Yakovle-
viç Marrın (1865-1934) Yafəs dil nəzəriyyəsi diqqəti cəlb edir.
Bu nəzəriyyəyə görə akademik Marr iddia edeirdi ki, bütün dil-
lərin lüğət ehtiyatı bazasında SAL, BER, YON, ROŞ ünsürləri
durur. Dünya dilləri çarpazlaşma nəticəsində yaranıb. Bu fikirlər
səhv olsa da dilçilik tipologiyası ilə əlaqədar Marrın diqqətəla-
yiq tədqiqatları olmuşdur.
İvan İvanoviç Meşşaninnovun isə (1883-1977) cümlə struk-
turu ilə əlaqədar maraqlı fikirləri olmuşdur. Xüsusilə, erqativ və
nominativ dillər məsələsi bu sahədə maraqlı idi. Meşaninovun
dil tipologiyası ilə əlaqədar irəli sürdüyü stadial nəzəriyyəsi ta-