Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə64/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
85
ciddi bir linqvistik sistem təşkil etməsi isə strukturun vəhdətini 
ifadə edir. Bu üsul təsviri metodun yeni bir istiqamətdəki davamı 
kimi də başa düşülə bilər. Onu demək lazımdır ki, təsviri metod 
hər şeydən əvvəl hissələrin və elementlərin “yığımı kimi” anlaşı-
lır. Ancaq onun struktur tərkibi bu elementlərin əlaqə formasın-
dan ibarətdir. Bu iki metod bir-birini tamamlayır və fəaliyyətdə 
olan dilin bütöv və dəqiq mənzərəsini canlandırır. Struktur me-
tod dillərin genetik quqruluşunun öyrənilməsi və dil elmlərinin 
dəqiq elmlərə tətbiq edilməsi üçün ən əlverişli bir vasitədir. Belə 
ki, məsələn, Azərbaycan dilində şəkilçilərin ardıcıllıqla söz so-
nuna qoşulmasında, əvvəl sözdüzəldici, sonra sözdəyişdirici şə-
kilçilərin yerləşməsində, adlardan ad, adlardan fel, fellərdən fel, 
fellərdən ad düzəldilməsi ardıcıllığında pozulmaz qaydalar var-
dır. Kitablarımızdandır, qabaqcıllarımızdır, saxladıqlarımızdır, 
dayandırdıqlarımızdandır və s. Bu qaydalara əsasən dilin struktur 
və sisteminə riyazi qaydaları tətbiq etmək imkanları yaranır. 
Müasir informasiya mərhələsində dilə struktur metodun tət-
biqi ilə elektron tərcümənin yaradılmasında və elektron infor-
masiya şəbəkəsinin formalaşdırılmasında müəyyən praktik nəti-
cələr əldə etmək mümkündür.
Üslubi metod
Üslubi metod dil üslublarına, nitq üslubuna, eyni zamanda, 
poetik bədii üslubun öyrənilməsinə tətbiq edilir. Azərbaycan di-
lində indiyədək daha çox bədii üslubun öyrənilməsinə, bu üslu-
ba aid standartların meydana çıxarılmasına diqqət yetirilmişdir. 
Elmi üslub barədə də müəyyən tədqiqatlar vardır. Ancaq folklor 
üslubunun, məişət üslübunun, publisistik üslubun, rəsmi üslu-
bun öyrənilməsi bir qədər kölgədədir. Onalrın standartlarının 
müəyyən edilməsi dilçiiyin vacib məsələlərindəndir. Məsələn, 
müstəqillik dövründən əvvəl Azərbaycan dilinin rəsmi üslubu 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin