Mübariz Yusifov 84 edir. Tarixi metod, deyildiyi kimi, əlbəttə təkcə bir dilə, onun
tarixinə, mədəniyyətinə və sosial vəziyyətinə tətbiq edilə bil-
məz. Burada müqayisədən kənarda əhəmiyyətli nəticə almaq
mümkün deyildir. Ona görə də tarixi metodun özünü müqayisəli
metoddan ayrı təsəvvür etmək çətindir. Çünki müqayisəli me-
tod nəticənin daha dəqiq, aydın və məntiqli başa düşülməsi-
ni təmin edir. Məsələn, Azərbaycan dilinin tarixi mənbələrində
“yılmaq” sözü işlədilir. Bu sözü müqayisəsiz təhlil etdikdə onu
yıxılmaqla eyniləşdirənlər də olur. Halbuki, yıl kökü yel, yıldı- rım, yılğım, ilim-ilim (itmək), ilmə kimi sözlərlə bağlıdır. Mü-
vafiq nümunələrinin müqayısəli təhlili ilə həqiqəti üzə çıxarmaq
mümkün olur.
Qarşılaşdırma metodu Bu metod mövcud dillərin (iki və daha artıq) quruluşunda
oxşar və fərqli elementlərinin öytənilməsinə tətbiq edilir. Belə-
liklə, bu metodun əsas predmeti dillərin arasındakı oxşarlıq və
fərqləri əks etdirən elementlərdən ibarətdir. Qarşılaşdırma meto-
du dillər arasındakı fonetik, leksik, morfoloji, sintaktik element-
lərin tutuşdurulmasını tələb edir. Bu metodun praktik cəhətdən
əhəmiyyəti qarşılıqlı (izahli, tərcümə və s.) lüğətlərin və qram-
matikaların hazırlanmasına tətbiq edilməsidə özünü göstərir.
Ancaq onu da qeyd edək ki, qarşılaşdırma üsulunun özü müqa-
yisəli metodun bir tərkib hissəsinə daxildir.
Struktur metod Bu metod XX əsrdə rus-polyak alimi Boduen de Kurtene,
İsveçrə alimi Ferdinand de Sössür, rus dilçisi N.S.Turbetskoyun
və başqalarının tədqiqat əaəsrələrinin bazasında yaranmışdır. Bu
metodun məqsədi dilin bütöv bir funksiyalaşdırıcı struktur kimi
anlaşılmasından ibarətdir. Onun elementlərinin və hissələrinin