Linqvistik tipologiya 93 durulmuş): не-inkar: не бери (alma); не-sözdüzəldici vahid
kimi: неберажно-səliqəsiz; неверный (səhv); со-dan,-dən: со стола (stoldan); со-sözdüzəldici vahid kimi: сопоставить-(-
tutuşdurmaq), сопрягать (qoşmaq).
İngilis dilində də BA quruluşlu müstəqil vahidlər zəngin de-
yildir. Bunlara aid aşağıdakı nümunələri misal göstərmək olar:
hi (hai) (salam), lie (lai) (yalan), lo (lo) (bax), po (po) (yox), pea (pi) (noxud), sea (si) (dəniz), see (si) (baxmaq), so (səv) (belə),
tea (ti) (çay), do (du) (etmək), do (du) (yalan), go (dou) (get-
mək), two (tu) (iki).
Fars dilində BA quruluşlu müstəqil sözlər aşağıdakılar-dır:
pa (ayaq), se (üç), si (otuz), ca (yer), çe (nə), do (iki), qu (səs),
la (təbəqə), ki (hara), ma (biz), to (sən), nə (nəm), ya (nida). Fars
dilində BA quruluşlu aşağıdakı kimi prefikslər də formalaşmış-
dır: bi-bimən (mənsiz), bi-bisütan (sütunsuz), bi-birəhm (rəhm-
siz), na-narahat ((rahatsız), na-nabina (gözsüz) və s.
BA quruluşlu söz önləri latın və yunan mənşəli sözlərdə də
işlədilir: bi-biplan (ikiqanadlı), de-deqradasiya (geri getmə),
de-depressiya (iflas), re-reaktiv (aktivləşən) və s.
BA quruluşlu vahidlərin ayrı-ayrı dillərdəki azlığının səbəbi
onunla izah edilə bilər ki, söz sonuna istər saitlə və istərsə də
samitlə başlayan şəkilçi qoşulması imkanları mövcuddur. Bundn
başqa söz sonuna affiksal element kimi tək samitin qoşulması
imkanları da vardır. Bu mənada sonrakı vaxtlarda BA tipli vahid-
lər BAB tipinə də düşə bilmişlər. BA quruluşlu vahidlərin müəy-
yən qismi isə söz əvvəlində öz müstəqilliyini itirib prefiks kimi
işlənməyə başlamışdır.
Azərbaycan dilində sonu samitlə bitən köklərə əlavə bir sa-
mit qoşulması faktı isə, artıq, dilin köksözlülük hüdudundan çıx-
mağa başladığı və aqlütinativlik meylinin yaranması mərhələsi-
nin izlərinin göstəricisidir. Azərbaycan dilində belə sözlərə aid