Mübariz Yusifov 88 Həm novlu və həm də kipləşən samitlər saitlərlə birləşdiyi təq-
dirdə kökyaratma prosesinə daxil olmuşlar. Sait səslərin ayrı-
lıqda kök morfem kimi işlədilməsinin izlərini qədim türk yazılı
mənbələrində də görmək olar:
A- heyrətlənmək: “Ol meni a…qıldı” (O məni heyrətləndir-
di) (DTS, 1)
1*
.
I – bitki: “Beş türlüq ıda, ığa, ığacta” (Beş cürbəcür bitkidə,
ağacda) (DTS, 216).
Ö – düşünmək, fikirləşmək: “Açsar tosıq öməz sen bir to-
dsar açsıq öməz” (Sən acsansa tox haqqında düşünməzsən, tox
olsan ac haqqında düşünməzsən) (DTS, 375).
U – yuxu: “Qırğızlığ uda basdımız” (Qırğızlara yuxuda hü-
cum etdik) (DTS, 603).
U – dözmək, bacarmaq: “Saqınc qabğu birlə özüm umadım”
(Mən kədərli düşüncəyə və qəmə dözmədim) (DTS, 603).
Başqa dillərdə də tək saitin müvafiq anlayış və emosiyaları
bildirmək məqamında işlənməsinə rast gəlmək olur. Məsələn, rus
dilində a saiti həm nida, həm də bağlayıcı kimi işlənir: “А так
это ты был!”, (A, o sən idin!); “Мальчику пять лет, а девочке
три года”, (Oğlanın beş, qızın isə üç yaşı vardır); i saiti bağ-
layıcı kimi işlənir: “Города и села”, (“Şəhərlər və kəndlər”); i saiti ədat yerində də işlənir: “И ребенок то поймет” (Bunu uşaq
da başa düşər); o saiti qoşma yerində işlənir: “О диалектном
материализме” (Dialektik materializm haqqında); u saiti nida
və qoşma yerində işlənir: “У, лентяй”; “Ay, tənbəl”, “У, как
страшно!” (Uy, nə dəhşətlidir!); “Стоять у двери” (Qapının
yanında durmaq); э saiti nida kimi işlənir: “Э, не буду” (Eh,
etməyəcəyəm).
İngilis dilində a artikl kimi işlənir: a table (stol), a book
(kitab); yunan dilində a saitindən inkar elementi kimi istifadə
olunur: simmetrik- asimmetrik (simmetrik-simmetrik olmayan);
1 * ДТС- Древнетюркский словарь, Л., 1969.