Linqvistik tipologiya 89 morf (kök) amorf (köksüz). Fars dilində a nida kimi işlənir:
“Əziza, Həsən!” (Ey əziz Həsən!) “Şəha!” (Ey şahım!) və s.
Müxtəlif dillərdə bu cür nümunələr mövcuddur və onlar
müvafiq mənalarda işlənərək ya emosional anlayış yaradır və
ya qoşma kimi, ədat kimi, həmçinin başqa sözönü vahid kimi
işlənə bilirlər.
Azərbaycan dilində tək bir saitinin kökyaratma ənənəsi o saitində qalmışdır. O saiti Azərbaycan dilində həm üçüncü şəx-
sin təkini bildirən, həm də uzaqdakı əşyanı bildirən əvəzlik kimi
işlədilir.
Tək saitdən ibarət olan köklərə mümkündür ki, sonradan
müvafiq samitlər əlavə olunmaqla köklərin həm daxili strukturu
təkmilləşmiş, həm də onların təməlindən yeni sözlər törəmişdir.
Məsələn, ı saiti ğ ilə birləşərək ığ morfemi yaratmış və ondan
ığac-ağac variantları əmələ gəlmişdir. Bəzi dillərdə isə hətta ı saitindən əvvələ bir samit qoşulması da baş vermişdir. Məsələn,
karaim dilində ığac sözünün yıvac variantı vardır.
Ö kökü üzərinə y samiti qoşularaq öymək, öyüd, öyünmək kimi sözlərin törənməsinin təməlini yaratmışdır.
Usaitinin sonuna yəlavə olunmaqla uyxu-uyku, əvvəlinə
y əlavə olunmağla eyni mənadakı yuxu sözləri yaranmışdır. Uy kökündən, həmçinin uymaq (qoşulmaq, aludə olmaq, özündən getmək) uydurmaq (quraşdırmaq, mənasız danışmaq) uyğunlaş- maq kimi sözlər törəmişdir.
Sonrakı vaxtlarda sait-samit birləşməli vahidlərin potensialı
getdikcə artmağa başlamışdır. Müasir dilimizdə də bu cür tərkib-
dəki sözər (al, əl, il, öl, ot, ət, at, ud, əz, iz, öz, ar, aş, az və s.)
intensiv işlədilməkdədir.
Sait səslərin əlaqəyaratma və tərkibyaratma imkanları güclü
olduğundan onlar sözün əvvəlində daha üstün mövqeyə malik-
dirlər. Odur ki, sait-samit birləşməli köklərin potensialı da ol-
duqca intensivdir.