Linqvistik tipologiya
99
zil – zilləmək, dillənmək
Yerimək anlayışı ilə bağlı olanlar:
yer – yeri, yeriş, yerit
yüy-yüyür, yüyürt
dab-daban, dabrı, dabrımaq
Səs anlayışı ilə bağlı olanlar:
səs- səslən, səsli, səssiz
qıy- qıylamaq
qış – qışqırmaq, qışqırtı
çığ – çığırmaq, çığırtı
qu- quloyşa, qulaq
Danışmaq anlayışı ilə bağlı olanlar:
dan – danış, danışıq
din – dinlə,
dinləmək
ay – ayıq, ayıtmaq
hay – haylamaq, hayqırmaq
dil –dillənmək
söy – söyləmək, söyləşmək, söymək
söz –sözləşmək, sözlü, sözlük.
Bu cür nümunələrin sayını artırmaq da olar. Məsələ bunda-
dır ki, sinonimlərin kəmiyyəti artdıqca onların sözyaratma po-
tensialı da çoxalır. Dil isə sinonimlərin sayəsində daim zəngin-
ləşməkdə davam edir.
Antonimləşmə. Antonimlər yaranma etibarı
ilə təbiətdəki,
cəmiyyətdəki və insanı əhatə edən mühitdəki (o cümlədən insa-
nın daxili aləmindəki) əksikliklərin idrak vasitəsi ilə qavranılıb
təfəkkür süzgəcindən keçərək sözə çevrilməsi prosesinin məh-
suludur. Antonim sözlər də sinonimlərdə olduğu kimi dilin söz
ehtiyatının zənginləşməsinə yardım edir. Beləliklə, obyektiv, su-
byektiv, sosial, ictimai həyatı əksliklərsiz, dili isə antonimlərsiz
təsəvvür etmək mümkün deyil. Antonim kök sözlərin genetik iz-
lərini müasir dilimizdə işlədilən
gec-tez, az-çox, gəl-get, öl-qal,