Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə84/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
107
yaratmanın bu növü təkcə fonetikanın yox, şəkilçilərin yox, həm 
də fonosemantikanın məhsulu kimi qəbul edilməlidir. Belə söz-
lərdə vurğunun fərqlən diri ci rolunun mövcudluğunu ilkin mər-
hələyə məxsus to nal lı ğın keyfiyyətcə aqlütinativlik mərhələsin-
dəki ənənəvi davamı ki mi nəzərə almaq lazımdır.
Təfəkkürün inkişafının dilə daim təsiri ilə eyni nitq hissələ-
ri daxilində kök sinkretizmləri ətraf aləm hadisələrinin sadəcə 
olaraq təfəkkürdə qavranılması nəticəsində yaranmır. Belə kök 
sinkretizmlərinin formalaşmasında artıq mücərrəd təfəkkürün 
rolu və fəaliyyəti başlıca yer tutur. Bir kökün daxilində elə mə-
nalar toplaşır ki, onların arasında ilkin anlayışların müəyyən 
əlaqələri görünür. Bu anlayışların bir kök daxilində toplaşma-
sında isə məcazi mənalılıq aparıcı olur. Zaman kecdikcə bir kök 
daxilində toplaşan anlayışların özü də müstəqilləşmiş, onların 
arasındakı məna əlaqələri tədricən aradan çıxmışdır. Eyni nitq 
hissələrinə dair kök sinkretizmlərinin izlərini aşağıdakı kimi nü-
munələrdə müşahidə etmək olur: kök (meyvə), kök (iri, şişman), 
göy (rəng), göy (səma), yaş (ömür), yaş (nəm), yal (yem), yal 
(dağın üstü), yal (atın yalmanı), iy (qoxu), iy (iş aləti), ay (göy 
cismi), ay (vaxt), sağ (tərəf), sağ (diri), qaş (gözə aid əlamət), 
qaş (üfüq).
Qohum dillərdə də bu tipli sinkretizmlər mövcuddur: dal 
(sahə), dal (budaq), top (oyun aləti), top (silah), biz (bez), biz 
(alət), qol (əl), qol (eniş),qut (xoşbəxt),qut (çirk) (türk), kör 
(kor), kör (qəbir), kur (yağlı), kur (kəmər, qurşaq), oy (fikir), oy 
(eniş)(qırğ) və s. 
İlkin köklərin mənaca inkişafında sinkretizm əlamə ti nin çox 
mühüm təsiri olmuşdur. Belə ki, bu təsir, hətta, dilin son rakı şə-
kilçiləşmə mərhələsində də öz izlərini davam et dirə bil mişdir. 
Məsələn, aşağıdakı kimi ikihecalı sözlərdə il kin sinkre tizmlərin 
izlərini görmək olur: bağır (daxili bədən üz vü), bağır (qışqır-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin