Linqvistik tipologiya
109
sözlərin yaranmasında dil imkanları az olduğundan eyni kökdən
məna əlaqələrini saxlayan başqa sözlərin əmələ gəlməsi prose-
si aparıcılıq təşkil etmişdir. Bu prosesdə
iştirak edən samitlər
keyfiyyətcə eyni səs yuvasını təşkil edən fonemlərdən ibarət ol-
muşdur. Məhz eyni yuvadan törəyən səslərin keçid istiqamətləri
üzrə baş verən dəyişmələrdə məna əlaqələrinin saxlanması əsas
əlamətlərdən biri olmuşdur. Nəzərə almaq lazımdır ki, təkhecalı
sözün əvvəlində baş verən səs dəyişmələri həm samitlə, həm də
saitlə başlayan sözlərdə müşahidə edilir. Təkhecalı sözün orta-
sında isə saitlər dəyişir. Sözün sonundakı samit dəyişməsi isə
dəyişən samitin affiksallıq funksiyasını təcəssüm etdirir.
Dostları ilə paylaş: