Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə82/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
105
qoymaq olmaz. Bu mühüm hadisənin başqa səbəbləri vardır. 
Ona görə də ifrata varmadan həqiqət yolunu axtarıb tapmaqla 
müxtəlifsistemli dillərdəki oxşarlığın obyektiv səbəblərini araş-
dırmaq tamamilə mümkündür.
Azərbaycan dilində fonetik söz yaradıçılığının mühüm is-
tiqamətlərini aşağıdakılardan ibarət hesab etmək olar: 1) struk-
tur köklərin yaranması. 2) sözün əvvəlində, ortasında və sonun-
da fonetik dəyişmə baş verməsi yolu ilə yeni sözlərin yaranması.
Struktur köklərin yaranması
Sinkretik köklər müxtəlif nitq hissələrinə aiddir. Sinkre-
tizm sözü mənşəcə yunan dilinə məxsusdur. Mənası birləşmək 
deməkdir. Sinkretik köklər üçün səciyyəvi cəhət də müxtəlif 
mənaların eyni kök daxilində birləşməsindən ibarətdir. Bu tip-
li sinkretik köklər Azərbaycan dilində olduğu kimi digər türk 
dillərində də mövcuddur: at (heyvan), at (atmaq); tut (meyvə), 
tut (tutmaq); daş (isim), daş (daşmaq); dan (üfüq), dan (dan-
maq); qan (maddə), qan (qanmaq); yay (fəsil), yay (yaymaq); 
sağ (diri), sağ (sağmaq); yağ (maddə), yağ (yağmaq); qaz (quş 
növü), qaz qazmaq); it (heyvan), it (itmək); qız (insana məxsus 
cins), qız (qəzəblənmək); yan (böyür), yan (yanmaq); al (qır-
mızı), al (almaq); qır (maddə), qır (qirmaq); bit (həşərat), bit 
(bitirmək) kimi sözlər bu cəhətdən səciyyəvidir.
Müxtəlif nitq hissələrinə məxsus kök sinkretizmlərini öz 
xarakterinə görə sözyaratmanın ən ilkin mərhələsi hesab et mək 
olar. Ona görə ki, onların arasında məna əlaqələri möv cud de-
yildir. Ümumiyyətlə, müasirlik baxımından yanaşıldıq da bu cür 
sinkretik köklərdə məna əlaqəsi təsəvvürə də gətirilmir. Dildə 
yeni anlayışların ifadəsinə yaranan təlabat bir kökdən tamam 
başqa məna bildirən sözlərin yaranmasını şərtləndir mişdir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin