Mübariz Yusifov 114 An kök morfeminin in variantı inləmək sözündə öz mə nasını
həzin səs çıxarmaq anlayışı ilə bildirir. Bu kökə dsamiti qo-
şulduqda din (mək) sözü yaranır. In – kökünün un – variantı
rus dilində unılo (qəmgin, həzin), unılıy (həzin, hüzünlü), unı vıy (həzin, kədərli) sözlərində işlənir. Buna yaxın məna Azərbay-
can dilindəki ün (səs) variantında da ifadə olunur. Çin dilində in kökünün əvvəlinə t əlavəsi ilə tinq (dinləmək), y əlavəsi ilə yin (səs) sözü əmələ gəlir.
Azərbaycan dilindəki ay kökü əsasında ayrı (hissə-his sə),
ayırmaq (bölmək) kimi sözlər düzəlir. Ay kökünün əv və linə p samiti əlavə edildikdə isə bölünmək mənasını saxlayan pay sözü
düzəlir.
Azərbaycan dilində iri tikələrə bölmək (ayırmaq) məna sında
işlənən alışma sözü vardır. Sözün al kökünün ül variantı əsa-
sında ülüş (xırda tikələrə bölmək) sözü yaranmışdır. Bu söz nitq
areallarında ülüş və ürüş variantlarında işlədilir: Qon şu muz bizə
bir ülüş halva verdi (Sabirabad); Yas yerində həriyə bir ülüş hal-
va verdilər (Şuşa); Yanı o xərtənə ölü oldux kun, bir ürüş halvanı
da yeə bilmədix? (Ağdam).
Ülüş sözü «Kitabi-Dədə Qorqud»da da xırda hissələrə bö-
lüb paylaşmaq mənasında işlənir: “Kafər dəxi düşübən bir yerdə
axça ülüşməkdəydi” (KDQIL, 179).
Ülüş sözü həmin mənada qədim mənbələrdə də işlənmişdir:
“Tənrilərkə ön ülüş bolsin” (Əvvəlcə tanrılara pay olsun) (DTS,
625).
Ül kökünün öl variantının üzərinə b samiti qoşulduqda böl sözü alınır. Burada da bölmək mənası ül kökü ilə öz əlaqəsini
saxlayır.
Azərbaycan dilində ül kökünün il variantının üzərinə d sa-
miti əlavə olunduqda bu kökdən yaranan dilim, dilik söz lə rində
də bölük, kəsik mənaları bildirilir. Il, ül, öl köklərinin el variantı