Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə91/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
115
əsasında rus dilində əvvəlinə d əlavə olunmaqla delitğ (bölmək), 
delta (quru hissənin su ilə bölündüyü yer), ingilis dilində delimit 
(bölünmək) sözləri yaranmışdır. 
Azərbaycan dilindəki az kökü əsasında azmaq sözü yara nır. 
Az kökünün əvvəlinə y artırmaqla yaz(ın) (itmək) sözü dü zəlir. 
Ay kökünə y əlavə etməklə düzələn yay kökündən az maqla bağlı 
olan yay (ın) (uşaqlaşmaq, aralanmaq) sözü dü zəlir.  kökünə 
y əlavəsi ilə yaşın (gizlənmək), yaşır (giz lət mək) sözləri düzəlir.
Rus dilində az kökünün iz variantından iliznutğ (giz lən mək, 
gözdən kənar olmaq) sözü düzəlmişdir.
Azərbaycan dilindəki – iz variantından izləmək sözü dü-
zəlir. Kökün üzərinə g samiti əlavə etməklə, əks mənalı giz kö-
kü yaranır ki, onun da mənası gizlin, gizlən, gizli sözlərindən 
bəl li olur.
Azərbaycan dilindəki ar kökünün əsasında arı (təmiz) sözü 
yaranmışdır. Ar kökünə q samiti əlavə etməklə qar kökü yaranır. 
Bu kökdən isə əks mənalı qarışıq (təmizin əksi) sözü düzəlir.
Türk dillərinə aid qədim mənbələrdə ör kökü əsasında yan-
maq bildirən ört sözü işlənir: örtça qızıp kelti (od kimi alov lanıb 
gəldilər); ört üzə örtənip (odda yanmaq) (DTS, 389).
Azərbaycan dilində ört sözünün əvvəlinə p əlavə olun ma sı 
ilə yanmaq, bişmək, qızarmaq mənasında pörtmək sözü dü zəlir. 
Azərbaycan dilində üt (ütülmək yanmaq) kökündən ütü sözü 
əmələ gəmişdir. Üt kökünə t əlavəsi ilə tüt kökü yaranmışdır ki, 
bundan da tütsü (tüstü), tütün (tüstülənib yanan) tutuşmaq (yan-
maq) sözləri düzəlmişdir.
Ör kökünün ar-or variantı əsasında rus dilində qarğ (ya nıq), 
qoretğ (yanmaq), razqar (alovlu) sözləri düzəlmişdir. Azərbay-
can dilində isə or variantının üzərinə əlavə olunmaqla qor (od) 
sözü əmələ gəlmişdir.
Oğru sözünün kökün üzərinə isə d samiti əlavə olun-


Mübariz Yusifov
116
maqla əks mənalı doğru sözünün kökü düzəlir.
Üz kökünə d əlavə etməklə düz(ül), s əlavə etməklə süz(ül), 
b əlavə etməklə büz(ül), ay(aq) kökünə d əlavə etməklə day(aq), 
uy kökünə d əlavə etməklə duy(uq), duy(ğu), duy(um); öy(un) 
mək kökünə əlavə etməklə söy(mək); an(rı) kökünə y əlavə 
etməklə yan (böyür), yan(akı), ad kökünə y əlavə etməklə yad 
(özgə), yad(xatırlamaq) yad(ırğa) kimi monosullablar düzəlir. 
Azərbaycan dilində fonetik söz yaradıcılığının izlərini sax la-
yan nümunələr çoxdur. Müqayisə yolu ilə belə sözlərin araşdırıl-
ması dillərarası genetik oxşarlıqların müəyyənləş dirilməsi baxı-
mından maraqlıdır.
Kök daxilindəki sait dəyişmələri ilə
yeni sözlərin yaranması
Kökdaxili sait dəyişməsi ilə yeni kök sözlərin yaranması fo-
netik söz yaradıcılığının səciyyəvi əlamətlərindən biridir. 
Söz köklərinin daxilində a-ı səslərinin dəyişməsi ilə sarıq 
(sarımaq) sözündən sırıq (yorğan və döşəyin içəridən tikilməsi), 
yarıq sözündən yırtıqqay-qıy köklərindən qayçı, qıyıq, qap-qıp 
köklərindən qapaq-qınıq, çağ-çığ köklərindən çağır-çığır; a-o 
səslərinin dəyişməsi ilə bağ-boğ köklərindən bağlamaq-boğ-
maq, qap-qop köklərindən qapı, qapalı, qopuq, o-ö səslərinin 
dəyişməsi ilə boy-böy köklərindən böylu (hündür), böyüko-u 
səslərinin dəyişməsi ilə boy-buy köklərindən boyun-buynuz, 
ə-ü səslərinin dəyişməsi ilə kəs-küs köklərindən kəsilmək (ara 
vermək, fasilə vermək), küsmək, təp-tüp köklərindən təpə-tüp 
(mərkəz), ə-ü səslərinin dəyişməsi ilə dəl-dil köklərindən də-
lik-dilik, dilim, u-ö səslərinin dəyişməsi ilə çux-çök köklərindən 
çuxur-çökək, ı-i sələrinin dəyişməsi ilə cız-ciz köklərindən cı-


Linqvistik tipologiya
117
zıq-cizik, e-i saitlərinin dəyişməsi ilə bel-bil köklərindən bel-
ləmək-bilək, e-ü səslərinin dəyişməsi ilə yer-yür köklərindən 
yerimək-yüyürmək, i-ü səslərinin keçidi ilə bit-büt köklərindən 
bitkin-bütün, bütöv, u-y səslərinin keçidi ilə tut-tüt köklərindən 
tutuşmaq (yanmaq)-tütün kimi sözlər yaranmışdır.
 Kök sonundakı samit dəyişmələri ilə
yeni sözlərin yaranması
Sözun əvvəlində və ortasında səs dəyişməsi ilə yaranan kök-
lərdə və onların derivatlarında ümumi məna anlayışı saxlandığı 
kimi sonuncu səsin dəyişməsi nəticəsində yaranan köklərdə və 
onların derivatlarında da məna ümumiliyi müşahidə edilir.
Bu xüsusiyyəti aşağıdakı kimi səs dəyişmələri əsasında ya-
ranan kök morfemlərdə və onların əsasında formalaşan sözlərdə 
müşahidə etmək mümkündür:
Kök sonunda x-ğ səslərinin dəyişməsi sıx-sığ, yıx-yığ, box-
boğ kök morfemlərdə müşahidə edilir.
Sıx-sığ köklərində ümumi məna anlayışı sıxılmaq, yığılmaq 
kimi məna çalarlıqlarında özünü göstərir. Həmin anlayışlara aid 
müvafiq mənaları bu köklərin əsasında yaranan, sıxmaq, sıxıl-
maq, sıxlaşmaq, sıxdırmaq, sığışmaq, sığamaq sığdırmaq, sığal-
lamaq kimi sözlərdə də görmək mümkündür.
Yıx-yığ köklərində isə ümumi mənalılıq yerə yıxmaq və top-
lamaq kimi çalarlıqlardan ibarətdir. Bu cür məna çalarlıqları hə-
min köklərin əsasında yaranmış yıxılmaq, yıxdırmaq, yığışmaq, 
yığdırmaq kimi sözlərdə müşahidə edilir.
Box-boğ köklərində isə boğmaq, sıxmaq, sıxıb bağlamaq 
kimi məna xüsusiyyətləri ifadə olunur. Box kökü öz məna 
müstəqilliyini saxlamasa da, onun əsasında düzələn boxça sözü 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin