Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə94/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
120
Quz kökündən düzələn quzulamaq sözünə aid uçub tökülmək 
mənası isə yerli nitq areallarında saxlanılır (Bax: ADDL, 152).
Ş – l səslərinin keçidi deş-dəl, döş-döl, beş-bəl köklərində 
müşahidə edilir. Deş-dəl kökləri müstəqil mənalı olduğu üçün 
bu sözlərə məxsus ümumi anlayışı duymaq çətin deyildir. Hə-
min köklərə aid olan derivatlarda da ümumi məna anlayışı aydın 
görünür: deşmək-dəlmək, deşik-dəlik
Döş və döl sözlərində isə məna anlayışı döl ilə bağlı döş-
dən süd sağmaq, süd əmmək, süd əmizdirmək kimi ifadələrə aid 
mənalardan ibarətdir. Beşbəl kökləri isə onları birləşdirən 
ümumi məna anlayışını birbaşa bildirə bilmir. Onların ümumi 
mənaları bələk-beşik sözlərində ifadə edilir. 
Ş – l səslərinin keçidini yıl və  (yış) köklərində də müşa-
hidə etmək olur. Yıl kökü qədim mənbələrdə yıldırmaq sözünün 
daxilində parıldamaq, işıldamaq mənasında qeydə alınmışdır: 
Yıltırar ay (Ay parıldayar, işıldayar), (DTC, 267).
Yıl kökü özünün işıldamaq mənasını yıldız (ulduz) sözündə 
saxlayır. Yıl kökündən, həmçinin, istilik mənasını bildirən yı-
lıq (ilıq) (DTC, 266) yılır (isinmək) (DTC, 267) kimi sözlər də 
düzəlmişdir. 
Yıl kökü əsasında düzələn yıldır sözünə “Kitabi-Dədə 
Qorqud”da da rast gəlmək olur: “Gördü kim, bir yığnaq yatır, 
yıldır-yıldır yıldırır” (KDQ, 98).
Yıl kökündən, həmçinin, əvvəlindən samit ixtisar olunan va-
riant üzrə ilıq, ilınmaq kimi sözlər də yaranmışdır. 
Yıl kökü əsasında isə işıq, işıltı, işıldamaq sözləri formalaş-
mışdır. Bu kökdən düzələn işıltı və onunla bağlı sözlər dilimizdə 
intensiv işlənir. Güman ki, belə sözlərdə əvvəlki y samiti qey-
ri-sabit olduğu üçün sözün əvvəlindən ixtisar olunmuşdur. 
Kökün sonunda ş – s samitlərinin əvəz olunması ilə yış (yı-
şıq-işıq) // yıstı-yisti // is kökündən, həmçinin isti, istilik, eyni za-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin