Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə96/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
122
Salıq sözünün xəbər mənası “salıq vermək” ifadəsin-dən ay-
dın olur: (Salığını vermişəm, gedif alajam) (ADDL, 354).
Yıldırmaq sözü “Kitabi-Dədə Qorqud”da işlənir: Gördü ki, 
bir nəsnə yatır, yıldır-yıldır-yıldırır (KDQ, 98).
Yıl kökündən yıldırım sözü də düzəlmişdir. Yarılmaq sözü-
nün işıqlıq mənası isə “yarım-yarım yarılmaq” (işım-işım-işıl-
damaq, par-par parıldamaq) ifadəsindən anlaşılır. Qultaşa (xə-
bərçi) sözünün qırıldatmaqla əlaqəsi bu sözün xəbərçilik məna-
sından aydınlaşır: Xoşun gəlir ki, munu qırıldadırsan? (ADDL 
140). Bələmək  bürümək sözlərində də r-l keçidi ilə oxşar mo-
tivlilik müşahidə olunur.
Kök sözlərin sonunda z – r samitlərinin keçidi xüsusi bir 
yer tutur. Bu səslərin affuksal xarakteri müəyyən qrup sözlərdə 
müşahidə edilir. Səslərin z – r keçidi üzrə formalaşmış vahid-
lərdə onların özlərinə məxsus məna əlaqələri müşahidə edilir. 
Bu səslərin keçidinə uyğun olaraq yaranmış dir-duz köklərində 
dir morfemi müstəqil mənalı deyildir. Diz sözü isə müstəqildir. 
Dir kökü əsasında yaranmış dirsək, dirək, dirəncək kimi sözlər-
də dayaq mənası ifadə olunur. Diz sözündə də həmin mənaları 
əlaqələndirən ümumi anlayış vardır. Yəni diz sözündə də əsas 
məna onun funksiyası ilə (dirənmək, dirəncək) bağlıdır.
R – z keçidi ilə yaranan gör-göz köklərinin məna bağlılı-
ğı görmək anlayışından ibarətdir. Bu köklərin əsasında yaranan 
görkəm, görünmək, görüşmək, gözəl, gözləmək, gözlük kimi söz-
lərdə də görmək anlayışına aid məna yaxınlığı bildirilir.
Z – r keçidi büz-bür köklərində də müşahidə edilir. Onların 
arasındakı məna yaxınlığı büzüş-bürüş, büzüşük-bürüşük, büz-
mə-bürmə, büzülmək-bürülmək (bükülmək) kimi sözlərdə mü-
şahidə edilir.
Z – r samitlərinin keçidinə yoz-yör köklərində də təsadüf 
edilir. Yoz kökü yozmaq feli kimi dilimizdə müstəqil işlədilir. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin