Linqvistik tipologiya 131 lis dilində pikture formasında işlənərək şəkil mənasını bildirir.
Fransız dilində mənzərə mənasında işlənən peyzaj sözündə də
pikto formasının izi müşahidə edilir. İngilis dilində işlənən və bir
çox dillərə daxil olan seyr etmək mənasındakı piknik sözündə də
şəkil, mənzərə anlayışını saxlayan pikto tərkibinin izini görmək
olur. Rus dilində bitik sözünün kökünə uyğunluq письмо (yazı),
писать (yazmaq) писарь (yazan, katib) və s. sözlərdə görmək
olar. Qayıdaq türk dillərinə, o cümlədən, Azərbaycan dilinə ai-
diyyəti olan bitik sözünün bit kökünə. Bit kökü türk dillərində
sinkretikdir. Onun yazı ilə bağlı mənasını da şəkil anlayışında
axtarmaq lazımdır. Qədim mənbələrdə bit kökü surət, şəkil, fizi-
onomiya mənasında qeydə alınmışdır: “Biti üzə urğu ol” (Hərf-
ləri üzə bərkitmək lazımdır) (DTS, 103). Qədim mənbələrdə,
həmçinin, müqəvva (surət, obraz) mənasında but sözü də qeydə
alınmışdır: “Öz elgin but etip idim bu dedi” (O öz əli ilə büt (surət, obraz, şəkil) yaradıb dedi: Bu mənim ağamdır!).
Buradan belə nəticəyə gəlmək olar ki, türk dillərinin qədim
mənbələrində qeydə alınan və Azərbaycan dilinə də aidiyyəti
olan bitik sözünün kökü (bit) şəkil, obraz, surət (şəkli yazı) mə-
nasında pikto formatı ilə səsləşir. Belə çıxır ki, ilkin şəkli yazı
başqa dillərdə olduğu kimi Azərbaycan dilinin yazı mədəniyyə-
tinə də təsir etmişdir. Bunun əyani nümunəsini Qobustanda, Gə- miqayada və başqa ərazilərdə aşkar olunan təsvirlərdə görmək
olar. Yazı sözünün özü isə türk dillərində, o cümlədən, Azərbay-
can dilində cızmaqla, nəqş etməklə (yarmaqla) bağlı şəkildə for-
malaşmışdır.
Bağ kökü. Bağ kökü də öz quruluşuna və anlamına görə
sinkretik səciyyəvi vahidlərdəndir. Bağ kökü mənbələrdə ti-
tul mənasında qeydə alınmış bağa sözünün tərkibində işlənir:
“Bağa ben er” (Mən yüksək titulu döyüşçüyəm). “Qutluq bağa tarqan ödə buyruqi men” (Mən uğurlu bağa tarkanın ökə buyru-
ğuyam) (DTS, 77).