Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə103/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
130
Bit kökü həmçinin müqəddəs yazı, göydən (tanrıdan) yerə 
göndərilmiş kitab) mənasındakı biti sözünün də tərkibində işlə-
nir. (DTS, 103). Biti sözü yazı yazmaq üçün qələm və fırça mə-
nasında Çin dilində də işlədilir. Çin dilində, həmçinin, xətt (yaz-
maq) mənasında biyi sözü də vardır. Bu sözün hansı dildən digə-
rinə keçib-keçməməsinin araşdırılması məqsədəuyğun deyildir. 
Çünki bu sözün kökü ilə səsləşən adekvatlara başqa-başqa, həm-
çinin, Azərbaycan və Çin dilləri ilə tarixən kontaktları olmayan 
dillərdə də rast gəlmək olur. Ancaq onu qeyd etmək lazımdır ki, 
türk dillərinə dair qədim mənbələrdə bitik sözü əsasında düzəl-
miş başqa sözlərə də təsadüf edilir. Bunlara dair aşağıdakıları 
nümunə göstərmək olar: bitigəçi (katib, yazan), bitiqliq (yazılı, 
xəttat), bitiqlik (savadlılıq) (DTS, 103); bitiqsiz (yazılmamış), 
bitiqü (yazı mürəkkəbi), bitil (yazılmış), bitişək (yazı, xətt), bit-
tin (kənar müdaxilə olmadan yazmaq), bitiş (köməkli, birgə yaz-
maq), bitit (yazdırmaq) və s. (DTS, 104).
Bitik (pitik) sözü Şah İsmayıl Xətayinin dilində də yazı mə-
nasında işlənmişdir:
Zülfün anuban çü cim yazdım
Ağzın anuban mim yazdım
Yazdım pitiyi əlif hey
Almamış anı xey yazdım
Yazdım pitiyi qamu sərasər,
Tutdum anı qarşıma bərabər.
Yazı mənasındakı bitik sözünün pik şəklində formalaş-
mış variantına latın mənşəli piktoqrafiya sözündə rast gəlmək 
olur. Piktoqrafiya sözünün kökü pictus formatından ibarətdir.
-Qrafiya isə sözyaratma elementidir. Pictus sözü şəkli yazı 
deməkdir. Yazının ilkin formalaşma mərhələsində əşya və ha-
disələr müəyyən təsvirlərlə ifadə olunmuşdur. Ona görə də ya-
zının bu növü şəkli yazı (piktoqrafiya) adlanır.
Pikto sözü ingi-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin