Linqvistik tipologiya 139 Küz almasına bənzər al yanaqlım!
Qadınım, dirəyim, döləyim! (döl verənim) (KDQ, 62, 17).
Lu kökü. Lu kökü müasir Azərbaycan dilində öz müstəqil-
liyini itirmişdir. Bu kökə u saitinin əlavəsi ilə yaranan ulu sö-
zündə kökün ilkin mənası “dirilir”. Ulu sözü qədim, böyük, uca
və həm də uzun anlayışlarını bildirir. Bu kökdən törəyən ulama (uzun ağac) sözündə uzunluq anlayışı müşahidə edilir. Ulama sözü ilə uzun sözü l-z samitlərinin dəyişməsinə görə fərqlənir.
Uzun sözündə ümumi uzunluq, ulama sözündə konkret əşyaya
aid uzunluq mənası bildirilir.
Lu kökünün uzunluq mənasındakı adekvatına Çin dilində-
ki lonq (əjdaha) sözünün lo tərkibində rast gəlmək olur. Qədim
türk mənbələrində, həmçinin, böyük, uzun, əzəmətli mənasında
uluq sözü mövcuddur (DTS, 610). Eyni zamanda, qədim türk
mənbələrində əjdaha mənası bildirən lü, lüi (lüi yıl-əjdaha ili)
sözü qeydə alınmışdır (DTS, 334).
Rus dilində uzunluq, mənası bildirmək üçün dlinnıy sözü
işlənir. Bu sözün tərkibindəki li(n) hissəsi ulu, lü, həmçinin,
Çin dilindəki lonqsözünün lo hissəsi ilə adekvatdır. Uzunluq
anlayışı ilə səciyyələnən ulu, lü, lüi, li tərkiblərinin monqol di-
lində luw, kalmık dilində lun adekvat variantları vardır. İngilis
dilindəki long (uzun) sözündəki lo tərkibi də həmin adekvatlarla
səsləşir. Ərəb mənşəli tulu, fars dilindəki tulani sözlərindəki lu tərkibi də adekvat uzunluq anlayışı bildirir.
Tipoloji quruluşuna görə müxtəlifsistemli hesab olunan dil-
lərin arasında bu cür müştərək sözlərin sayını onlarla və daha
çox artırmaq mümkündür. Bu sahədə onsuz da xeyli araşdırma-
lar aparılmışdır və təkrarçılığa da heç bir lüzum yoxdur. Lakin
belə mütşərəkliklərin mövcudluğu heç də ona dəlalət etmir ki,
bunlar nə zamansa mövcud olmuş vahid ulu dilin elementləridir