Linqvistik tipologiya
135
раздел (bölmə, bölüşdürmə), разделение (bölmə, bölünmə),
разделить (bölmək), раздельный (bölgü), надел (bölüb pay
vermə), наделить (bölüb vermək), передел (yenidən bölmə),
переделить (yenidən bölmək) kimi sözlərin tərkibində işlənir.
Eyni zamanda, del kökünə kəsmək, bölmək mənasında fransız
dilindəki delimitation (dövlət sərhədlərinin bölünməsi), ingilis
dilindəki delta (çayın dənizə töküldüyü yerdə əmələ gələn (ay-
rılan) qollar, delimit (sərhəd bölgüsü), delimitation (xətt çəkmək
(bölmək), çevrəsini cızmaq) sözlərinin tərkibində rast gəlmək
olur. İngilis dilində və başqa dillərdə işlənən delta sözü mənşə-
cə yunan dilinə məxsusdur. Dil kökünün danışıq mənasındakı
adekvatlarına da başqa-başqa dillərdə rast gəlmək olur. Rus di-
lində dil kökün tol adekvatına aşağıdakı kimi sözlərin tərkibində
rast gəlmək olur: talk (məna, ağıllı söz, fikir), толкование (izah
etmə, şərh etmə), толковать (şərh etmək, yazmaq), толковник
(dilmanc), толмач (tərcüman, dilmanc), толково (aydın),
потолковать (danışmaq, söhbət etmək) və s.
İngilis dilində dil kökünün tal adekvatı üzrə tale (nağıl, he-
kayə), talk (söhbət, danışıq, dialoq), talkative (çox danışmaq),
talker (danışan), tel adekvatı üzrə tell (danışmaq, demək), teller
(hekayəçi, təsvirçi), telling (hekayə), tell-tole (çoxdanışan, boş-
boğaz) kimi sözlər formalaşdırılıb işlədilir. Çin dilində dil mə-
nasında shetou sözü işlənir ki, buradakı tou hissəsi dil kökünün
tol adekvatı ilə səsləşir. Baskların dilində isə çağırmaq (demək)
mənasındakı dei sözünə təsadüf edilir. Xurrit-urartu dillərində isə
demək mənasındakı tiw sözünün mövcudluğu aşkar edilmişdir.
Kəs kökü. Azərbaycan dilində kəs kökü və onun digər
struktur variantları əsasında kəsməklə birbaşa və məcazi məna
üzrə bir sıra derivatlar formalaşmışdır. Bunlara aid aşağıdakı
nümunələri misal göstərmək olar: kəsik, kəsinti, kəsici, kəsər,
kəsərli, kəsərsiz; qısa, qısaltmaq, qısqanc, küs, küsülü, küskün,
|