Mübariz Yusifov 132 Türk dillərində bağ kökünün varlı, dövlətli, nüfuzlu, ad-
lı-sanlı mənası daşıyan bay adekvatı vardır. Bay sözü müstəqil
bir vahid kimi qədim mənbələrdə də qeydə alınmışdır: “Bay ər
koyu” (Varlının qoyunu); “Bay meņiliq qılğay biz” (Biz onları
varlı və xoşbəxt edərik) (DTS, 79). Bu kökdən olan bayu sözü
varlanmaq mənasında işlənir: “Esizlər bayusa qılınc artatur”
(Axmaq adamlar varlansa onların əhvalı korlanar) (DTS, 79).
Bayumaq sözü «Kitabi-Dədə Qorqud»da da varlanmaq mə-
nasında işlənir: “Qadir tanrı verlməyincə ər bayımaz” (Qadir Al-
lah verməyincə insan varlanmaz) (KDQ, 62, 11).
Bağ – kökü əsasında baxıcı sözü də düzəlmişdir ki, bu söz,
qeybdən xəbər verən, taleyi görən və qeyri-adi qabiliyyətinə
görə cəmiyyətdə xüsusi ehtirama layiq olan adamlara aid edil-
mişdir. Bağ kökünün ümumi anlayışında ilahi qüvvə mənasının
ifadə edilməsini bu kökün başqa dillərdəki adekvatlarında da
görmək olur. Rus dilində baq kökünün boq variantı Allah mə-
nasında işlədilir. Boq kökü və onun boq variantı ilə əlaqədar
rus dilində uca, əzəmətli, böyük, şan-şöhrətli mənalarına uyğun
bir qrup sözlər formalaşmışdır. Onlara aid bu nümunələri misal
göstərmək olar: бог (Allah, tanrı), богатей (varlı), богатеть (varlanmaq), богато (zənginlik), богатый (varlı, bahalı, qiy-
mətli, qəşəng), богач (zəngin, varlı), богиня (ilahə), богослов (ilahiyyatçı), боярин (zadəgan, varlı əyan) və s.
Azərbaycan dilində bağ kökünün əvvəlki mənaları unudul-
muşdur. Bu format indi Qarabağ, Bağmanlar kimi yer adlarının,
o cümlədən, baxıcı sözünün tərkibində işlənir. Baxıcı sözü qeyb-
dən xəbər verən, taleləri oxuyan, qeyri-müəyyənlikləri, qaran-
lıqları xüsusi bir qabiliyyətlə işıqlan-dıraraq cəmiyyətdə ehtiram
sahibi kimi tanınmış adamlara aid edilir. Qarabağ sözündə də
bəzən deyildiyi kimi “böyük bağ” anlayışı yox, qeyri-müəyyən-
liyi, qaranlıq qalan işləri aydınlaşdıran baxıcı, kahin, ilahiyyat-