Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə101/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
128
lu kimi yer adlarında üzümçülüklə bağlı peşəkarlığın izləri qal-
maqdadır.
Bor kökünün bir variantı, həmçinin vaxtı ilə türk dillərindən 
rus dilinə keçmiş və şərab saxlanılmasında, su saxlanılmasın-
da istifadə edilən бурдюк sözündə də qalmaqdadır. Rus dilinin 
özündə isə qırmızı şərab mənası bildirən бордо sözü vardır. İngi-
lis dilində bor kökü şərab mənası bildirən bordeaux (Bordo-coğ-
rafi ad, bordo-şərab) sözündə işlənir. İngilis dilində, içki içilən 
kiçik restoran və həmçinin, şərab saxlamaq üçün istifadə edilən 
dolab mənasında bor sözünün variantı kimi bar sözü də işlədi-
lir. Rus dilində bar sözü ayaqüstü restoran mənasında işlənir. 
Bu kökdən düzələn барда sözü araq və çaxır gecəsi, барденик 
sözü isə cecə ilə bəslənib kökəldilmiş heyvan mənası bildirir. 
Azərbaycan dilində bu mənadakı bordaq (bəslənib kökəldilmiş 
heyvan) sözü vardır.
Ərəb dilində bor kökü xəmr (şərab) sözündəki fleksiya olun-
muş mr tərkibində ifadə olunur. Kənara çıxmış sait bərpa edilik-
də mər forması alınır ki, bu da bor sözündən fonetik quruluşca 
fərqlənən adekvat hesab edilə bilər.
Qor köküQor kökü sinkretik kök morfemlər sırasına daxil-
dir. Qor kökü ilə həm odla bağlı ismi, həm də qorumaqla bağlı 
feli mənalar bildirilir. İsim mənasında qor ocaq külünün altında-
kı sönməmiş od və ya ocağın qızarmış hissəsi anlayışını bildirir. 
Qor kökü müstəqil bir vahid şəklində yanmaqla bağlı ümumi 
anlayışın tərkib hissəsi kimi işlənir. Rus dilində qor kökünün qar 
şəklindəki adekvatı üzrə yanıq mənasında гарь sözü vardır. Eyni 
zamanda, qar kökü və onun qor variantı yanmaqla, yanıqla bağ-
lı digər sözlərin də tərkibində işlənir. Nümunə üçün belə sözlərə 
dair aşağıdakıları misal göstərmək olar: гореть (yanmaq), горе 
(qüssədən acıyıb yanmaq), горелка (lampanın odluğu), загарь 
(yanıb qaralma), загореть (yanmaq, qaralmaq), загореться 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin