Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə97/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
123
Daha çox yozmaq sözündən yuxu yozmaq ifadəsində istifadə 
olunur. Yozmaq sözünün özü isə aydınlaşdırmaq, izah etmək, 
bəzən də yozuşdurmaq (uydurmaq) mənalarında da işlədilir. 
Yormaq sözü isə buna uyğun mənada müasir dilimiz üçün ümu-
mişlək deyildir. Mənbələrdə isə yozmaq anlayışına uyğun məna 
bildirir: Tüş yordu (yuxu yozdu); Yorayın bu sözni könültəqi teq. 
(Bu sözü başa düşüləcək kimi yoz) DTS, 274; Xanım, qardaş, 
mənim düşümü yorğul mana dedi (KDQ, 44).
Z- r samitlərinin keçidi qızıl-qırmızı sözlərinin köklərində 
də (qız-qır) müşahidə edilir. Z –r samitlərinin keçidinə sözün şə-
kilçi hissəsində də rast gəlmək olur: yedizdir-yedirt, yatızdır-ya-
tırt, damdır-damızdır, almazsam-almarsan və s. 
Söz sonunda dodaq samitlərinin keçidi üzrə bir-biri ilə se-
mantik əlaqəsi olan sözlər formalaşır. Bunlara aid aşağıdakı 
kimi keçidlər əsasında əmələ gələn sözləri misal göstərmək olar:
P-b samitlərinin keçidi əsasında qapqab kimi köklər 
formalaşır. Bunların arasındakı ümumi semantik əlaqə qapalı-
lıq, örtülülük anlayışı ilə bağlıdır. Qap və qab kökləri əsasında 
düzələn qapaq, qapı, qabıq, qabaq (balqabaq), qabar, qabarcıq 
kimi sözlərdə daxili semantik əlaqə müşahidə edilir. P-b samit-
lərinin keçidini köplük anlayışı əsasındakı semantik əlaqəyə 
daxil olan köp-qab-gəb kökləri əsasında yaranan köpmək, köpə-
şik, köpdürmək, qabarıq, qabarmaq, gəbərmək (köpüb ölmək) 
kimi sözlərdə müşahidə etmək olar.
P-b keçidi, həmçinin təp-dab köklərindən yaranan təpik, tə-
pinmək- daban, dabrımaq (dabanla iti yerimək) kimi sözlərdə 
də baş verir.
M-v samitlərinin keçidi əsasında yaranan köklərdə ümumi 
semantik bağlılıq yumruluq, dəyirmilik, girdəlik anlayışı əsa-
sında formalaşır. Belə məna əlaqəsi yum-yuv kökləri əsasında 
düzələn yumru, yumaq, yumurta, yumruq-yuva kimi sözlərin 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin