Linqvistik tipologiya 119 maqları altından gülüşdülər (KDQ, 58); Ayağım başmaq, üzüm
yaşmaq görmədi (KDQ, 33). Banuçiçək yaşmaqlandı, xəbər sor-
du (KDQ, 54).
Yaşkökündən düzəlmiş yaşırmaq sözündə də gizlətmək-
lə bağlı məna çalarlığı bildirilir: “Ol ər ol nənin yaşurğan” (O adam o əşyaları gizlətdi) (DTS, 247); “Zəfim eldən yaşırıb əhvalımı saxlar, vəli, Naleyi biixtiyarımdır qılan rüsva məni”.
(Məhəmməd Füzuli); Yaşır muyi bir möhkəm yerdə (Bunu bir
möhkəm (etibarlı) yerdə gizlət (ADDL, 242).
Yaz kökü də yay və yaş kökləri kimi gizlənmək mənasına
müvafiq çalarlıqla səciyyələnir. Həmin məna çalarlığı yaz kö-
kündən düzələn yazınmaq (Əkdiyim şitillərin biri də yazınmadı)
sözündə ifadə edilir. Yazınmaq sözü mənbələrdə günah etmək və
azmaq mənalarında qeydə alınmışdır: “Tanrıqa yazınıb” (DTS,
251). (Allaha xoş getməyən)
günah edib).
Yaz sözünün özü də mənbələrdə səhv etmək mənasında qeydə
alınmışdır. Yazmas atım bolmas yanılmaz bilgə bolmas (səhvsiz
nişançı olmaz, səhvsiz müdrik də olmaz (yoxdur). (DTC, 250).
Yaz kökündən düzəlmiş yazıq sözü mənbələrdə günah etmiş
adam mənasında da qeydə alınmışdır: Emti bu on türlüq yazuq- da boşunu ötünür biz. (Indi biz yalvarırıq ki, on cür günahdan
təmizlənək) (DTC, 251).
Yazıq sözü müasir dilimizdə öz əvvəlki mənasını dəyişərək
günahsız, fağır, sadəlövh mənasında işlədilir: “Bu yazığın nə gü-
nahı var?”.
Y – z səs dəyişməsi quy-quz köklərində də müşahidə edilir.
Bu köklərə aid ümumi anlayış qazılmaq, qazılıb aşağı düşmək,
uçub aşağı tökülmək kimi çalarlardan ibarətdir. Quy kökü əsa-
sında düzələn quyu, quytul kimi sözlərdə bu mənalar ümumi xa-
rakter daşıyır.