Mübariz Yusifov 118 boğ kökü və bu kökə məxsus düzəltmə sözlərlə qarşılaşdırıldıq-
da yaxın məna çalarlıqları müşahidə edilir: boğulmaq, boğdur- maq, boğaz, boğunuq və s.
Kök sözlərin sonunda x – n səslərinin dəyişməsinə də rast
gəlmək olur. Bu dəyişmədə x samiti, əslində, dilarxası, genetik
kar n, (velyar n) səsinin relikti kimi iştirak edir. Bu səs dəyişməsi
əsasında yan-yax kökləri, onların əsasında isə yandırmaq, yan- dırıb-yaxmaq kimi məna ümumiliyi bildirən sözlər düzəlmişdir.
Dilortası samitlərdən k samiti kök morfemin sonunda digər
bir samitlə dəyişmir. K samitinin dəyişməsi ikihecalı kök so-
nunda daha çox müşahidə edilir. G samiti kök morfemlərin so-
nunda norma kimi daim y ilə əvəzlənir. Y samitinin özü isə tək-
hecalı kök morfemlərin sonunda, başlıca olaraq, dil-diş samitləri
ilə keçid təşkil edir. Ona görə də dilortası samitlərin funksiyası,
demək olar ki, birhecalı kök morfemlərin sonunda y samitinin
üzərinə düşür. Odur ki, dilortası samitlərin kök sonundakı dəyiş-
məsindən daha çox, dil-diş samitlərinin keçidi ilə söz yaranması
barədə bəhs etmək daha məqsədəuyğundur.
Söz kökü sonunda y-ş, y-z, ş-l, ş-s, ş-s-l, r-l, z-r, p-b, m-b,
p-m səslərinin keçidi ilə aşağıdakı kimi sözlərin formalaşmasına
təsadüf edilir:
Söz kökü sonunda y – ş səs dəyişməsi yay-yaş-yaz köklə-
rində müşahidə edilir. Bu köklərin əsasında düzələn yayın-ya- şınsözlərində kənarlaşmaq, gözdən aralı olmaq kimi mənalar
bildirilir. Konkret olaraq, yayınmaq sözündə kənar olmaq (göz-
dən yayınmaq), yaşınmaq sözündə isə gizlənmək, özünü göstər-
məmək mənaları ifadə olunur.
Yaş kökü əsasında düzəlmiş yaşmaqsözü də gizlənmək
mənası bildirir. Yaşmaq sözü dilimizdə indi fəal işlənməsə də
mənbələrdə onun «qadınların yad kişilərdən üzünü gizlətməsi»
mənasında işlədildiyi müşahidə olunur. Xatunları qas-qas yaş-