Mühazirə saat Matrislər üzərində əməllər. İki və üç tərtibli determinantlar. Determinantların xassələri. Matrisin minoru. Matrisin elementar çevirmələri. Matrisin ranqı barədə teorem n-tərtibli derminantlar və onun anlayışı
Matrislər üzərində əməllər. İki və üç tərtibli determinantlar. Determinantların xassələri. Matrisin minoru. Matrisin elementar çevirmələri. Matrisin ranqı barədə teorem. n-tərtibli derminantlar və onun anlayışı.
(1.1)
şəklində yazılır. Bəzən qısa olmaq üçün matrisi böyük hərflə (A, B, C, X, Y, …) və ya aij( , ) şəklində işarə edirlər.
Tərif. Matrisi təşkil edən aijədədlərinə onun elementləri deyilir. Elementin aşağısında yazılan iki ( ij) indeksdən birincisi ( i) həmin elementin yerləşdiyi sətrin nömrəsini, ikincisi ( j) isə onun yerləşdiyi sütunun nömrəsini göstərir.
Tərif. m×n – ölçülü (1.1) matrisinin sətir və sütunlarının sayı bərabər olduqda m=n ona kvadrat matris deyilir.
Bu halda n ədədinə kvadrat matrisin tərtibi deyilir. Məsələn,
– ikitərtibli matris, – üçtərtibli matris.
Tərif. Eyni ölçülü və bütün uyğun elementləri bərabər olan matrislərə bərabər matrislər deyilir.
Bir elementdən ibarət olan matrisə birtərtibli matris deyilir. Ancaq bir sətri olan matrisə sətir-matris
,
ancaq bir sütunu olan matrisə isə sütun-matris deyilir
Tərif. n tərtibli
(1.2)
kvadrat matrisinin yuxarı sol küncündə yerləşən elementi ilə aşağı sağ küncündəki ann elementini birləşdirən düz xətt parçası üzərində yerləşən elementləri çoxluğu həmin matrisin baş diaqonalı adlanır.
Tərif.Yalnız baş diaqonal elementləri sıfırdan fərqli olan kvadrat matrisə diaqonal matris deyilir.