Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə100/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
127
An köküAn-kökü Azərbaycan dilində anmaq (bilmək, xa-
tırlamaq), anlamaq mənasında işlənir. Bu kökdən ilkin mənanı 
saxlayan anlayış, anlaşıqlı, anılmaq, andırmaq (yada salmaq) 
kimi sözlər düzəlir. Anmaq sözünün on (an) adekvatı rus dilin-
dəki понимать (anlamaq, düşünmək), пониматься (anlaşıl-
maq) sözlərinin tərkibində müşahidə edilir. Sözün əvvəlindəki 
p elementi isə rus dilindəki flektivizm xüsusiyyətinin göstəricisi 
olan prefiks səciyyəsi daşıyır. İngilis dilində an kökünün müva-
fiq adekvatı understant (anlamaq, düşünmək) sözündəki un (an) 
elementində saxlanılır. Eyni zamanda, an kökünün in şəklində-
ki adekvatına latın mənşəli intellekt (ağıl, düşüncə) və həmin 
sözlə bağlı olan intellektualintelligensiya kimi sözlərdə təsadüf 
edilir. An kök morfeminin müvafiq adekvatları, həmçinin, latın 
mənşəli annotasiya (şərh, izah, yunan mənşəli analiz (təhlil edib 
nəticə çıxarmaq) sözlərində an şəklində, ərəb mənşəli intixab 
(seçmə) inkar (danma) sözlərində in şəklində ifadə olunur.
Rus dilindəki знание (bilik) познание (anlayış), знатный 
(məşhur), вспоминать (xatırlamaq), ərəb mənşəli məna (məz-
mun), fars dilindəki dana (bilici), Çin dilindəki doing (xatırla-
maq, yada salmaq) sözlərinin tərkibində də an-kök morfeminin 
an, (ı)n, in, ən kimi adekvatları mövcuddur.
Bor köküBor kökü qədim mənbələrdə şərab mənasında iş-
lənmişdir: “Yemə bor kişikə qor qılur” (Və şərab insana zərər 
verir) (DTS, 112). Bor kökündən düzələn borluq sözünün üzüm-
lük, borluqçı sözünün isə üzümçü mənaları qeydə alınmışdır: 
“Antı bu erig elitəyin borluqumın küzətsin” (İndi mən bu ada-
mı aparıram qoy o mənim üzümlüyümə baxsın); “Ötrü teqin ol 
borluqçi er birlə bardı borlukta teqmiştə borluqçu erkə inça tep 
tedi” (Sonra şahzadə üzümçü ilə getdi, onlar üzümlüyə çatanda 
o üzümçüyə belə dedi) (DTS, 113).
Bor kökü müasir Azərbaycan dilində müstəqil şəkildə üzüm, 
üzümlük və şərab mənasında işlənmir. Ancaq BorçalıBorsun-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin