Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə102/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
129
(yanmaq, alışıb yanmaq), разгар (qızğın çağ), разгореться 
(alışıb yanmaq), пригореть (yanmaq), пригорелый (yanmış, 
yanıq) və s. 
Qar-kökü baskların (İspaniyanın şimal-qərbində və Fran-
sanın bəzi cənub-qərb vilayətlərində yaşayan xalq) dilində də 
yanmaq və alov mənası bildirir.
İngilis dilində yanmaq anlayışı ilə bağlı grillied sözü işlə-
nir. İngilis dilində, həmçinin, qızardılmış ət və toyuq mənasında 
grill sözü də vardır. Grill sözü həmçinin, məcaziliklə günəşdən 
yanıb qızarmaq mənasında da işlədilir. Grill sözü fransız dilində 
quş ətini və digər ət məhsullarını qızartmaq üçün istifadə edilən 
xüsusi peç mənasında işlədilir. Fransız dilində, həmçinin grill 
sözü əsasında düzələn qızardılmış şəkərli fındıq mənasındakı 
qrilyaj sözü də vardır. Yapon dilində yanıq mənası qor kökünün 
adekvatı kimi xo-sözü ilə ifadə olunur.
Qor kökünün qr adekvatı analitik-flektiv dillərə məxsus 
flektivliyə görə daxilindən sait elementi kənara çıxaraq samit 
birləşməsi şəklində formalaşan kök tərkibindən ibarətdir. Bu 
elementləri şərti kök şəklində bərpa etsək qır
*
, qar
*
, qor
*
va-
riantları alınar. Fars dilində yanmağın istiliklə bağlı anlayışını 
bildirən gərm sözü işlədilir. Sözün tərkibindəki gər hissəsini is-
tiliklə, yanmaqla bağlı olan qor, qar, qır element-lərinin struktur 
variantlarına adekvat olan vahid kimi qəbul etmək olar. 
Azərbaycan dilində də belə variantlar vardır. Məsələn, qır 
variantı yanmağın rəng əlamətini bildirən qırmızıqar variantı 
qaralmaq, qız variantı isə istilik əlamətini bildirən qızarmaq söz-
lərinin tərkibində işlədilir. 
Bit köküBit kökü mənbələrdə kitab, yazı, sənəd mənası bil-
dirən bitik sözünün tərkibində qeydə alınmışdır: “Qutluq bolzin 
bu bitiq idisi” (Bu yazının sahibi xoşbəxt olsun//ona uğur olsun) 
(DTS, 103). 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin