Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə89/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
113
li semantik əlaqə müşahidə edilir. Bu mənada, qaş, baş, yaş, 
daş kimi sözlərdə birinci element, bil, bal, bol, bat, baş kimi 
sözlərdə üçüncü element fərqlənirsə onları bir kökdən fonetik 
dəyişmə yolu ilə yaranan sözlər hesab etmək mümkün deyildir. 
Çünki onların arasında heç bir semantik əlaqənin mövcudluğu 
müşahidə edilmir. Eyni kökdən səs dəyişməsi yolu ilə yeni söz 
düzəlməsinə aid buna oxşar nümunələrin verilməsi ilə fonetik 
söz yaradıcılığı barədə fikir söylənilməsi yanlışlıqdır.
Semantik əlaqə fonetik söz yaradıcılığının başlıca əlamət-
lərindəndir. Belə bir əlaqə əvvəlinə samit qoşulmuş kök mor-
femlərdən analitik yolla düzələn sözlərdə də müşahidə edilir. 
Məsələn, Azərbaycan dilində an kök morfemi bilmək, başa düş-
mək, anlamaq mənası bildirir. Azərbaycan dili ilə qohum olma-
yan başqa dillərdə də an – kök morfeminin adekvatları möv-
cuddur. Məsələn, ingilis dilindəki understant (bilmək, başa düş-
mək), yunan mənşəli analiz (təhlil edib anlamaq), latın mənşəli 
annotasiya (şərh, aydınlaşdırmaq), ərəb mənşəli intixab (seç-
mə), inkar (danmaq), inşirah (açılma, zahir olma) kimi sözlərdə 
an kökü ilə səsləşən semantik uyğunluqlar vardır. Azərbaycan 
dilindəki inam (etibar), inan (etibar etmək) kimi sözlərin daxili 
mənaları da an – kök morfemindən uzaq deyildir. An kökünün 
əvvəlinə analitik qayda üzrə d samiti əlavə etməklə dan (inkar 
etmək), t samiti əlavə etməklə tan (ı) (bilmək), q samiti əlavə 
etməklə qan (başa düşmək), s samiti əlavə etməklə san (bilmək, 
başa düşmək) mənalı sözlər əmələ gəlir. 
An – kök morfeminin analitik derivatları başqa dillərdə də 
mövcuddur. Məsələn, rus dilindəki знане (bilik), рознане (an-
layış), знатный (məşhur), всромнатъ (xatırlamaq), ərəb dilin-
dəki məna (məzmun), fars dilindəki dana (bilici), Çin dilindəki 
doinq (xatırlamaq, yada salmaq) sözlərinin kö kündə an – morfe-
minin müvafiq adekvatları durur.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin