Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə109/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
136
küsəyən və s. Rus dilində kəs kökünün kos adekvatı müəyyən 
sözlərin tərkibində işlədilərək kəsmək anlayışı bildirir: kosa 
(dəryaz, kərənti), косарь (biçinçi), косвенный (kəsə, çəpəki), 
косинка (çəpkən, qıyqac), косить (biçmək), косо (çəp), косой 
(əyri, çəpəki), откосить (ot çalıb qurtarmaq), откосный (çəp, 
maili), перекос (çəp, əyrilik), перекосить (tam birçmək), 
искосить (çəpləşdirmək) və s.
Ərəb dilində də kəs kökü ilə adekvatlığa gələn variantlar var-
dır. Müvafiq sözlərin tərkibində bunların aşağıdakı kimi variantla-
rına rast gəlmək olur: kəsr (sındırma, qırma), qism (hissə), qismət 
(hissələr), qasim (bölən), təqsim (bölünən), məqsum (bölünmüş), 
məqsumunəleyh (bölən ədəd), məqsur (qısaldılmış) və s.
Kəs kökünün kas adekvatı fransız dilindəki kastet (casse-te-
te-qırmaqsındırmaq) və latın mənşəli kastrat (axta, kəsilib ax-
talanmış) sözlərinin tərkibində də işlədilir.
Qap köküQap kökü əsasında Azərbaycan dilində qapı, qa-
paq, onun qab variantı əsasında qab, qabıq, küp variantı əsa-
sında küpə və s. kimi sözlər düzəlmişdir. Rus dilində qap kökü 
ilə səsləşən kuv kökündən кувшин (bardaq) kub kökündən 
кубышка (küpə, daxıl) kimi sözlər düzəlmişdir. Mənşəcə fransız 
dilinə məxsus olan və dünyanın bir çox dillərində işlənən kapot 
(capote) sözünün də təməlində qab kökünün kap adekvatı durur. 
Qad kökü. Qad kökü sinkretik vahid kimi müxtəlif sözlərin 
tərkibində işlənir. Qədim mənbələrdə qad kökündən düzəlmiş 
qohum, doğma (adam) mənasında qadaş sözü qeydə alınmışdır 
(DTS, 401). Bu kökdən, eyni zamanda, qadın sözü də düzəlmiş-
dir. Həmçinin, mənbələrdə qad kökündən düzələn və kədər, qayğı, 
dərd mənası bildirən qadğu sözü də qeydə alınmışdır (DTS, 402). 
Qad kökünün qud, qut, kut variantları üzrə də müvafiq söz-
lər əmələ gəlmişdir. Qud kökü əsasında Azərbaycan dilində 
quda sözü də düzəlmişdir ki, burada da iki ailənin yaxınlaşaraq 


Linqvistik tipologiya
137
xoşbəxtliyə can atması (və ya qovuşması) mənası bildirilir. Qud 
kökünün mənbələrdə qut variantı qeydə alınmışdır.
Qut kökü mənbələrdə xoşbəxtlik, uğurluluq mənasında 
müstəqil bir söz kimi işlənmişdir: “Tənri yarlıqaduqın üçün 
özim qutim bar üçün qağan olurtım” (Tanrının şəfqəti ilə mənim 
özümə xoşbəxtlik üz verdi mən kağan (xaqan) yerində əyləş-
dim). (DTS, 471).
Qut kökü Azərbaycan dilinin lokal nitq şəraitində “ürəyinə 
qut olmaq” (ürəyinə toxdaq olmaq) ifadəsində də işlədilir. Qut 
kökü türk dilində uğurlu (mübarək) mənasında müstəqil işlədi-
lir: “Bayramınız kutlu olsun!”.
Qut kökünün qud variantı Qorqud adının ikinci tərkibində 
işlədilir. Qor kökünü qorumaq sözünün əsası kimi nəzərə alsaq 
Qorqud sözünün səadəti, xoşbəxtliyi, uğurluluğu qoruyan məna-
sında işlənməsi kimi başa düşmək olar. Başqa mənada, Qorqud 
qaibdən xəbər verən qeyri-adi bir insan kimi, Oğuzun peyğəm-
bər şəxsiyyətli bilicisi olan “Səadət keşikçisi” anlamında qəbul 
edilməlidir.
Qud (kut) kökünün qod variantı baharın elçisi kimi qodu sö-
zünün tərkibində də işlədilir. Qadın sözünün tərkibində də qad 
kökü uğurlu mənası daşıyır. Çünki cəmiyyətin qadına böyük üs-
tünlük verdiyi mərhələdə qad kökünün bu sözdə uğurluluq mə-
nası daşımasını tamamilə təbii hesab etmək olar.
Qud kökü ingilis dilində də uğurluluq, xoşbəxtlik mənasın-
da müəyyən söz və ifadələrin tərkibində işlənir: good (yaxşı, 
xoşməramlı); «be good enough» (iltifatlı olun); good afterno-
on (gündüzün xeyir!); good evening (axşamınız xeyir!); goodly 
(gözəl); goodness (xeyirxahlıq) və s.
İngilis dilində qud kökünün gad variantı ilahi, tanrı məna-
sında işlənir: god (Allah, himayəsi, büt) “God bless you” (Allah 
sizdən razı olsun), “God willing” (Allah yetirsin).



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin