Linqvistik tipologiya 141 sının samit birləşməsi şəklində formalaşmış variantından ibarət-
dir. Müqayisəli təhlil nəticəsində samit birləşməli fleksiyalaşmış
köklərin əvvəlki (kök daxilində saitin işləndiyi) variantını üzrə
çıxarmaq mümkün olur. Onu qeyd etmək lazımdır ki, dilin ilkin
köksözlülük mərhələsində köklərin omonimliyi (sinkretikliyi)
üzrə bir çox oxşar elementlər formalaşdığından bəzən təhlildə
zahiri oxşar elementlərlə qarşılaşmaq mümkün olur. Bu halda
ancaq köklərin anlayış – məna xüsusiyyətlərinə istinad etmək
lazım gəlir.
Azərbaycan dili sözlərinin əvvəlində samit birləşməsinin
işlənməsi səciyyəvi deyildir. Ona görə də samit birləşməsi şək-
lində formalaşmış kökləri müvafiq sözlərin daxilində axtarmaq
lazım gəlir. Məsələn, Azərbaycan dilində kəsmək anlayışı üzrə
formalaşan doğra sözü vardır. Sözün tərkibində ğr elementlə-
rinin kəsməklə bağlı bütöv variantını qır (qırmaq) kər (kərki,
kərənti) kimi adekvatlarda axtarmaq olar. Ğr elementlərinin kir adekvatı rus dilindəki kirka (külüng) sözündə də müşahidə edi-
lir. Fleksiyalaşmış quruluşdakı kr adekvatına isə rus dilindəki
прекращение (kəsmə, kəsilmə), прекратиться (kəsilmək, qur-
tarmaq), прекращенный (kəsilmiş, qurtarılmış) kimi sözlərdə
rast gəlmək olar.
Fars dilində ğr elementlərinin kəsmək mənasındakı xər adekvatına xürd (kiçik, balaca, xırda) sözündə rast gəlmək olur.
Fars dilindəki xər adekvatı, həmçinin, Azərbaycan dilindəki xır- da, xırdalamaq (qırıb, kəsib hissələrə bölmək) sözlərindəki xır variantı ilə səsləşir.
Ğr elementlərinin əyilməklə bağlı bildirdiyi məna əyri sö-
zündəki yr (gr, qr) elementlərində müşahidə edilir. Azərbaycan
dilində norma kimi işlənən əyri sözü Şərq arealında əgri vari-
antında mühafizə edilir. Rus dilində ğr elementlərinin adekvatı
kimi mövcud olan kr tərkibinə кривой (əyri), кривить (əymək),