Linqvistik tipologiya 143 edildikdə isə sözün əks mənası (qorunan, saxlanan, mühafizə
olunan) əmələ gəlir. Əlbəttə ki, bu şəkildəki dəyişmələr dilin ən
qədim dövrlərinə aid olduğu üçün onları təhlil edib düzgün nəti-
cə əldə etmək həmişə müyəssər olmur. Ancaq müqayisəli təhlil
tədqiqatçının əsl məqsədə yaxınlaşmasına etibarlı təminat verir.
Müqayisə üçün deyək ki, məsələn, türk dilində oğru sözü əvə-
zinə xırsız sözü işlənir. Sözün kökündəki xır hissəsini qor kökü
ilə müqayisə etsək burada da qorumaqla bağlı ilkin anlayışın
olduğunu ehtimal edə bilərik. Sözün tərkibindəki sız şəkilçisi,
məlum olduğu üzrə, olmayanı bildirən morfoloji sözyaratma va-
sitəsidir. Məsələn, yağ-yağsız, duz-duzsuz, dad-dadsız sözlərin-
də olduğu kimi. Bu mənada, sız şəkilçisi sözlərin tərkibində lı şəkilçisinin əksini bildirir: yağ-yağlı, duz-duzlu, dad-dadlı. Xır- sız sözündə də xır hissəsini qorunmaqla bağlı bir vahid kimi qə-
bul etsək sız şəkilçisinin əks mənalılığı əsasında xırsız sözünün
hərfən qorunmayan, mühafizə olunmayan mənasında işləndiyini
müəyyən etmək olur.
Doğru və oğru sözlərinin müqayisəsindən həm də ilkin ana-
litik söz yaradıcılığına aid belə bir xüsusiyyət müşahidə olunur
ki, d samiti eyni kökdən törəyən sözlərdə əks məna bildirməyə
xidmət edir. Məsələn, an (bil) dan (bilmə), al (irəli, qabaq, alın)
dal (geri), üz (üzül), düz (düzül), in (inlə-səslən), din (dinmə-səs-
lənmə) və s. Bu mənada, oğru və doğru sözlərinin müqayisəsin-
dən belə məlum olur ki, oğru sözündə o saiti fleksiya nəticəsində
kənara çıxır, doğru sözündə isə kök şəklinə düşmüş oğ hissəsinə
inkar sözyaratma elementi kimi d samiti əlavə edilmişdir.
Azərbaycan dilindəki qorumaq, mühafizə etmək məna-
sındakı qor kökünün başqa dillərdə, həmçinin, qr (kr, xr) kimi
adekvatlarına da rast gəlmək olur: огроживание (çəpərləmə,
hasarlama), огроживаться (çəpərlənmək, hasarlanmaq),
огородить (çəpərləmək, hasarlamaq), ограда (çəpər, hasar),