Mübariz Yusifov 142 кривиться (əyilmək), криво (əyri, çəp) kimi sözlərdə rast gəl-
mək olur.
Doğra sözünün, doğ tərkibi, əlbəttə ki, kəsməklə bağlı kök
deyildir. Ona görə də sözün etimoloji təhlilində ona ehtiyatla
yanaşmaq lazımdır ki, nəticə düz alınsın. Ancaq burada samit
birləşməsi varsa deməli, saitin kənara çıxma ehtimalına həqiqət
kimi yanaşmaq olar.
Ğr tərkibi, həmçinin sinkretik forma kimi oğru sözündə
də işlədilir. Burada, artıq saitin kənara çıxması aydın müşahidə
edilən faktdır. Bu sözün tam kökünü müəyyən etmək də çətin
deyildir. Tam kök oğurluq sözünün daxilindəki ğur tərkibi ilə
ifadə olunur. Oğru sözündəki ğr elementlərinin kr adekvatına
rus dilindəki oğurluq anlayışı ilə bağlı aşağıda nümunə verilən
sözlərdə də təsadüf olunur: красть (oğurlamaq), кража (oğur-
luq), краденый (oğurluq), краденный (oğurlanmış), украсть (oğurlamaq), украденный (oğurlanmış), украдкой (oğrun-oğ-
run, gizlin-gizlin), ограбить (soymaq, talamaq, qarət etmək),
ограбление (soyğun, soyğunçuluq) və s.
Oğru sözündəki ğr elementinin qar adekvatına ərəb dilində-
ki qarət (oğurluq) sözündə rast gəlmək olur.
Oğru və doğru köklərində eyni ğr elementləri işlədilsə də
məna bir-birinin əksidir. Məsələ budur ki, ğr (qr) elementlərin-
dən kənara çıxan (fleksiyaya uğrayan) saiti şərti bərpa etdikdə
həm də qor kökü alınır. Onu da nəzərə almaq lazımdır ki, həm
oğru, həm də doğru sözündə kənara çıxan sait o fonemindən
ibarətdir. Bu mənada qor kökünün uyğun anlayışını ona u şə-
kilçisi artırdıqda müəyyən etmək olur. Belə çıxır ki, həm oğru,
həm də doğru sözlərinin kökündə qorumaq mənasındakı qor kökü dayanır. Oğru sözündə o elementi fleksiya yolu ilə kəna-
ra çıxmaqla qorumağın əks mənasını (qorunmamağı, qoruna
bilməməyi, qorunulmayanı) bildirir. O saitindən əvvəl d əlavə