Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə122/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
150
xatırladır. Sonuncu samitin affiksal səciyyəli olduğunu nəzərə 
alaraq gold sözünün kökündəki ol hissəsinin al birləşməli kökün 
adekvatı olduğu ehtimal edilə bilər.
Azərbaycan dilində ikinci hissəsi qır, kir, xır tərkibi ilə bitən 
qışqırhıçqır, anqır, heykır, qıyxır kimi sözlərin işlənməsinə rast 
gəlmək olur. Bu tipli sözlərin bəzilərində kök-şəkilçi mövqeyin-
də işlənməli olan bir samit ixtisar olunmuş vəziyyətdədir. Belə 
sözlərə dair aşağıdakıları nümunə göstərmək olar: bəyir, böyür, 
bağır, çığır və s. Nəzərə aldıqda ki, bu nümunələrin hamısı təq-
lidi yolla eyni qayda üzrə düzəlmiş sözlərdir, onda onların ikinci 
tərəflərini şərti olaraq – yir (bəyyir), - yür (böyyür), - ğır (bağ-
ğır, çığğır) kimi bərpa etmək olar. İlkin ikihecalı sözlərdə hər iki 
tərkibin söz-söz modeli üzrə formalaşdığını nəzərə alsaq bu söz-
lərin ikinci tərəflərinin şəkilçi yox, söz relikti olduğunu təxmin 
etmək mümkündür. İmitasiya yolu ilə yaranan sözlərin təhlilinə 
həsr olunmuş tədqiqatlarda da həmin tərkiblərin söz relikti ol-
ması fikri təqdir edilir.
11
Rus dilində təqlidi yolla yaranmış aşağıdakı kimi sözlərin tər-
kibindəki kr səs birləşməsi şəlklindəki köklər müvafiq olaraq aşa-
ğıdakı sözlərdə müşahidə olunan köklərin adekvatı kimi
işlənir
:
крик (çığırtı, qışqırıq), крикливость (qışqırıqçılıq), крикливый 
(qışqırıqçı), крикса (qarıldama), крикун (qışqıran), кричать 
(çığırmaq, qışqırmaq), кричащий (çığıran); икать (hıçqırmaq), 
окрик (çığırma, bağırma), окрикнуть (səsləmək, haylamaq).
Bu nümunələrdən görünür ki, qışqır, hayqır, anqır, qıyxır, 
bəyir (bəyyir-bəykir), böyür (böyyür-böykür), bağır (bağğır), 
1
1
 В.Г.Егоров. Звукоподражательные слова. “Материалы по грамматике 
современного чувашского языка. ч. Ы, Морфология. НИИ при СМ 
ЧАССР”. Чебаксары. Чуваш гос. изд-во. 1957, с. 37; Г.Е.Корнилов. 
Имитативы в чувашском языке. “Чувашское книжное издательство”, 
Чебоксары, 1984, с. 92-93. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin