Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə121/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
149
olmur. Bu adekvatı rus dilindəki zoloto sözünün birinci tərkib 
hissəsindəki zol formasında tapmaq olur. Zol tərkibinin qırmı-
zılıq əlaməti ağacla (çubuqla, qamçı ilə və s.) bədənə vurulan 
zərbə yerinin qızartı izi buraxmasında müşahidə edilir. Qızıl sö-
zünün qırmızılıq mənası mənbələrdə də qeydə alınmışdır: “Qızıl 
qanım tökti” (Qırmızı qanımı tökdü) (DTS, 450).
Qızıl sözünün qırmızılıq əlaməti vaxtı ilə zoğal mənasında 
rus dilinə daxil olmuş kizil sözündə də ifadə edilir. Tuva Muxtar 
Vilayətinin mərkəzinin adı da (Kızıl) qırmızı mənasını verən zo-
ğal sözü ilə əlaqədardır. 
Türk dillərində qızıl sözü ilə yanaşı paralel olaraq altun sözü 
də işlədilmişdir. Etimoloji cəhətdən altun sözünü tərkibə bölmək 
çətin deyildir: al-tunAl sözünün mənbələrdə tünd qırmızı mə-
nası qeydə alınmışdır: “Yaşıl kök sarıq al ağı ton kedip” (Yaşıl, 
göy, sarı, (tünd) qırmızı ipək parçadan paltar geyib) (DTS, 31).
Altun sözü “Kitabi –Dədə Qorqud”da da qırmızı qızıl mə-
nasında işlənmişdir: “Doxsan yerdə ala xalı, ipək döşənmişdi, 
səksən yerdə badyələr qurulmuşdu; altun ayaq sürahilər düzül-
müşdü” (KDQ, 62, 28).
Altun sözünün ikinci tərkib hissəsi (tun) rəngli metal kimi 
tunc sözünün əvvəlində işlənir. Eyni zamanda, altun sözünün 
ikinci tərkib hissəsində işlənən tun hissəsi, nazik dəmir mənasını 
bildirən tənəkə (tünəkə) sözündəki tən (tün) tərkibi ilə uyğunlaşır. 
Qızıl sözü fars dilində zər sözü ilə ifadə olunur. Zər sözü ilə 
zol (zıl) elementləri arasındakı fərq r-l samitlərinin ənənəvi keçi-
dindən (ürüş-ülüş, salıq-soraq sözlərində olduğu kimi) ibarətdir.
İngilis dilində qızıl anlayışı gold sözü ilə ifadə olunur. Gold 
sözündə prefleks səciyyəlidir. Sözün ol tərkibi isə altun sö-
zündəki al hissəsi ilə adekvatlıq təşkil edir. Gold sözündə l sa-
mitindən sonra d samiti iştirak edir. Quruluşca gold sözü Azər-
baycan dilindəki cəld, sərt, bərk tərkibli sonu iki samitli sözləri 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin