Linqvistik tipologiya 157 Azərbaycan dilindəki gizir sözü də ikihecalılığa keçid döv-
rünün məhsulu kimi kök və şəkilçiyə ayrıla bilmir. Ona görə də
bu sözün rekonstruksiyası üçün başqa dillərə aid adekvat nü-
munələrə müraciət etməyə ehtiyac yaranır. Sözün birinci tərkib
hissəsini giz kimi nəzərə alsaq ikinci tərəf –ir şəklində qalır. Bu
da onun rekonstruksiyasının düzgün motiv üzrə qurulmasına
maneçilik yaradır. Gizir sözünü söz-söz modeli üzrə şərti bər-
pa etsək gizzir forması alınır. Giz tərkibi Azərbaycan dilindəki
gizlin, gizlət, gizlətmək, gizlincə kimi sözlərin tərkibində işlə-
dildikdə onun genetik mənası aydınlaşır. Zir tərkibinin aydın-
laşdırılmasında isə başqa dillərin materiallarına müraciət etmək
lazım gəlir.
Gizir sözü Azərbaycanın nağıl və dastanlarında vəzir və ya
nazir vəzifələrinə uyğun mənada işlənmişdir (Giziroğlu Musta-
fabəy və xanın giziri adlarında vəzifə bildirən sözlər kimi).
Beləliklə, gizir sözünün giz hissəsinin məxfi, gizlin işlərə
baxan dövlət məmuru bildirmək üçün işlədildiyini aydınlaşdır-
maq olur. Zir tərkibini bu mənada, vəzir, nazir kimi ərəb mənşəli
sözlərin ikinci tərəfi ilə (zir) müqayisə etmək olar. Vəzir sözü
lüğətlərdə ərəb mənşəli vəzifə bildirən ad kimi göstərilir: 1)
hökmdarın vəkili olub dövlət işlərinə baxan adam, nazir; 2) baş
nazir.
11
Nazir sözünün özündə də zir tərkibi işlənir. Sözün özü isə
belə mənalandırılır: 1) nəzarət edən, baxan; 2) idarə edən, do-
landıran, dövlət aparatının müəyyən sahəsini idarə edən yüksək
vəzifəli şəxs.
22
Buradan zir tərkibinin baxan, görən mənası bildirdiyini
müəyyənləşdirmək olur. Zir tərkibinin görməklə, baxmaqla bağ-
lı olduğunu rus dilində işlənən aşağıdakı kimi sözlərin tərkibin-
1 Ərəb-fars sözləri lüğəti. Bakı, Azərb. SSR EA nəşr., 1967, s. 89. 2 Ərəb-fars sözləri lüğəti. Bakı, Azərb. SSR EA nəşr., 1967, s. 457.