Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə126/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
154
Eyni kökdən rus dilində, həmçinin, нищать (yoxsullaş-
maq), нищета (yoxsulluq, mənəvi düşkünlük), нищий (dilən-
çi), нищенство (son dərəcə yoxsulluq, dilənçilik) kimi sözlər 
də yaranmışdır.
Beləliklə, eniş sözünün ikinci tərkibini rus dilindəki adek-
vatla müqayisə etdikdə Azərbaycan dilindəki –niş tərkibinin rus 
dilindəki uyğun vahidin adekvatı olduğu müəyyənləşdirilə bi-
lir. Eniş sözü, artıq, əvvəlki söz-söz modelindən uzaqlaşıb. Ona 
görə də bu sözün-niş tərkibini sabit variantda qəbul etsək e hissə-
si analitiklik mərhələsinə məxsus prefiks səciyyəli vahid hesab 
olunmalıdır. En hissəsini sabit hesab etsək – hissəsinin ilkin 
variantını –niş şəklində şərti bərpa edib müqayisəli təhlil yolu 
ilə onun genetik mənasını tapmaq mümkün olur. Ümumi məna-
da eniş sözü, hərfən aşağı-aşağı anlayışına uyğun gəlir. Güman 
ki, iki eyni məna bir söz tərkibinə daxil olduğundan strukturda 
dəyişmə baş vermiş, aqlütinasiyaya meyllilik isə – niş söz tərki-
bini – şəkilçi tərkibi kimi formalaşdırmışdır.
-Niş tərkibinin müvafiq adekvatlarına ərəb və fars dillərinə 
aid nümunələrdə də rast gəlmək olur. Ərəb dilində aşağı enmə, 
göydən yerə enmə mənasında nüzul sözü işlənir. Sözün nüz tər-
kibi mənasına və quruluşuna görə Azərbaycan dilindəki- niş, rus 
dilindəki –нищ, - ниж formaları ilə uzlaşır. 
Ərəb dilində, həmçinin, enən, yuxarıdan aşağı düşən mə-
nasındakı nazil sözü vardır. Sözün naz hissəsi eniş sözündəki 
-niş tərkibinin adekvatından ibarətdir. Bu adekvatlar sırasına, 
həmçinin, fars dilindəki nəz (yan, yaxın), nəzdik (aşağı yan, aşa-
ğı tərəf) və nazik (incəlmiş) sözlərindəki nəz -, naz tərkiblərini 
daxil etmək olar. İngilis dilində aşağı düşmək mənasında down 
sözü işlədilir ki, bu sözün fleksiya olunmuş (saitin kənara çıx-
ması baş vermiş) wn (won) hissəsini eniş sözünün en hissəsi ilə 
müqayisə etmək olar. Buradan görünür ki, eniş sözündəki –  



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin