Linqvistik tipologiya 155 elementinin –niş şəklində bərpası təsadüfi deyil, müxtəlifsistem-
li dillərdə sabit saxlanan müştərək formatın bir variantıdır.
Enişsözü kimi yeni sözü də tərkib hissəsinə asan bölünə
bilmir. Analoji qayda üzrə yeni sözünü də yenni şəklində bərpa
etmək olar. Bu halda sözün ni tərkibini fars dilindəki yeni məna-
sı bildirən nou, rus dilindəki nov(ıy), ingilis dilindəki new (nui)
sözləri ilə müqayisə etmək olar.
Yen tərkibinin adekvatını ingilis dilindəki aqain (yenidən)
sözünün in (yin) hissəsi ilə müqayisə etmək mümkündür. Yen tərkibi, həmçinin Çin dilindəki yenidən görünmə mənasına uy-
ğun olaraq forma, obraz, manera anlayışı bildirən yaŋsözü ilə
müqayisə edilə bilər.
Yen sözünün in hissəsi Azərbaycan dilindəki indi (yeni baş-
layan) sözünün tərkibində işlənir. İnhissəsinə y əlavə olunduq-
da yen kökü düzəlir. Buraya –i şəkilçisi artırıldıqda isə kökün
mənası konkretləşir. İn tərkibi, Azərbaycan dilindəki mənasına
uyğun şəkildə fars dilində də işlədilir: dər in zəman (indiki vaxt)
dər in hal (indiki vəziyyət), dər in saət (indi).
Beləliklə, eniş sözü hərfən aşağı-aşağı mənası bildirdiyi
kimi, yeni sözünün ilkin mənasında da yeni-yeni anlayışı bildi-
rilmişdir.
Azərbaycan dilindəki alovsözünü söz-söz mərhələsinin
modellərinə uyğun olaraq şərti bərpa etdikdə allov variantı alı-
nır. Allov sözünün birinci tərkibi, bu halda qırmızı lov mənasın-
da başa düşülür. Sözün lov hissəsini başqa dillərdə mövcud olan
müvafiq adekvatlarla tutuşdurub onu mənaca aydınlaşdırmaq
mümkündür. Rus dilində alovsözünün müqabili kimi пламя qarşılığı vardır. Bu sözdə n prefiks xarakterlidir. Лам sözün kök
hissəsi, - я isə affiksdir. Bu sözlərdə lov və lam tərkibləri söz
kökü olmaq etibarı ilə mənaca üst-üstə düşür. Fərq buradakı sa-
itlərdə a- o dəyişməsindən, samitlərdə v- m fərqindən ibarətdir.