Linqvistik tipologiya 163 Dillərarası motivasiya müştərəkliyi Müxtəlifsistemli dillərə məxsus oxşar elementlərin forma-
laşması prosesində də təfəkkür tipologiyasının aparıcı rolu var-
dır. İnsanların hansı ərazidə, hansı təbii şəraitdə yaşamasından
asılı olmayaraq əşya və hadisələrə oxşar münasibətin, oxşar id-
rak prosesinin, oxşar qavrayışın nəticəsində, struktur cəhətdən
oxşar olmayan, ancaq əşya və hadisənin mahiyyəti baxımından
mənaca bir-birinin üstünə düşən sözlərin formalaşması prosesi
baş verir. Təfəkkür tipologiyasının məhsulu olan belə sözlərdə
motivasiya bazası eyni olur. Tipologiya termini mənşəcə yunan
dilinə məxsusdur. Tipologiya termini dil strukturuna aidiyyəti
olan bir söz kimi tiplərin (əyşa və hadislərin) arasındakı qar-
şılıqlı əlaqəsi mənasında başa düşülür. Bu mənada, təfəkkür ti-
pologiyası təfəkkürlərarası qarşılıqlı əlaqə kimi anlaşılır. Motiv termini mənşəcə fransız dilinə məxsusdur. Mənası dəlil, sübut,
səbəb, əsaslandırma deməkdir. Tipoloji qarşılaşdırmada motiv
sözü müxtəlif tiplərin oxşar məna bazasına malik olması kimi
başa düşülməlidir.
Müxtəlifsistemli dillərdə motivasiya müştərəkliyinin müəy-
yən edilməsi oxşar əşya və hadisələrə dair adlandırılmaların
təfəkkür tipologiyası ilə bağlı olduğunu təsbit etmək baxımın-
dan əhəmiyyətlidir. Eyni zamanda, motivasiya müştərəkliyi
bazasında formalaşan elementlərin müqayisəsi etimoloji təhlil
üçün ciddi və maraqlı nəticələr əldə etməyə imkan verir.
Motivasiya müştərəkliyinə aid nümunələrin mövcudluğu,
əslində sözlərin yox, anlayışların oxşar olması deməkdir. Bu isə
bir daha belə bir fikri təsdiq etməyə əsas verir ki, “ulu dil” anlayı-
şı özünü doğrulda bilən dəlillər vermir. Dillər arasında təfəkkür
tipologiyasının məhsulu kimi quruluşca və mənaca oxşar sözlər