Linqvistik tipologiya 173 ranması ilə bağlı suala tam cavab tapıla biləcəyinə əminlik ifadə
etmək mümkün deyildir. Ona qalanda başqa suallar da ortaya
çıxır: dənizlərin, okeanların suyu haradan gəlib? Dağlar-daşlar,
səhralar necə yaranıb? Yerin bitki örtüyü necə yaranıb? Yeraltı
sərvətlər yerin dərin qatlarında necə yetişib? Bu sualların cavabı
necə çətindirsə dilin də necə, harada yaranması barədəki suallara
cavab vermək də o qədər çətindir. Bununla belə, insan təbiətin
ayrılmaz bir tərkib hissəsi kimi qəbul edilirsə dilin yaranması-
na da insan və təbiət arasındakı əlaqələrin nəticəsi kimi bax-
maq məqsədəuyğun hesab edilməlidir. Məhz dillərin arasında-
kı genetik müştərəklik məsələsinə də bu baxımdan yanaşılması
müəyyən pozitiv nəticələr əldə olunmasına imkan yarada bilər.
5. Dillərin yaranmasına təsir göstərən insan və təbiət
əlaqələrinin təməlində, əlbəttə ki, şüurun, idrak prosesinin və
buradan təfəkkürə keçidin durduğu inkar edilə bilməz. Çünki
təbiətin dərki olmasa, təbiətin bir ünsürü kimi insanın özünün
özünü dərki olmasa təfəkkür prosesinin formalaşmsından söhbət
açmaq mümkün deyildir. Təfəkkürün fəaliyyəti isə nitqin forma-
laşmasına aparıb çıxarır. Ona görə də belə bir fikrə tam haqq qa-
zandırıla bilər ki, “təfəkkürsüz dil yoxdur”. Bunun əksi isə, “dil-
siz təfəkkür yoxdur” deyiminə gətirib çıxarır. Bu hm də o demək-
dir ki, təfəkkür nə səviyyədədirsə, dil də o səviyyədədir; Füzuli
də deyir ki, “Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz”. Dil
həm səsli (danışıq) həm də səssiz (daxili) formada mövcuddur.
Daxili (səssiz) dilin təfəkkürlə əlaqəsi səsli (danışıq) dilin for-
malaşmasına gətirib çıxarır. İnsanın yaranışında onu başqa can-
lılardan fərqləndirən təfəkkürə keçidli şüur informasiya dilinin
formalaşmasının əsas amilinə çevrilir. Təfəkkürə keçidli şüur
vasitəsi ilə insanlar harada, hansı ərazidə, hansı məkanda yaşa-
masından asılı olmayaraq ətraf aləmi və özü özünü oxşar təfək-
kür imitasiyaları ilə dərk edə bilir. Fərq ancaq ətraf aləmin hər