Mübariz Yusifov 168 saxlanılır. Kən, kənd tərkiblərinin özlərinin məna xüsusiyyə-
tinə gəlincə onlarda da bağlılıq anlayışının izləri saxlanılır. Ba- lık adındakı ba hissəsinin bağlılıq anlayışı bildirməsini nəzərə
alaraq toponimlik adlardakı kənd, kən tərkiblərinin də bağla-
maq motivasiyası üzrə formalaşdığını söyləmək mümkündür.
Məsələn, kəndir, örkən kimi sözlərdə kən tərkibinin bağlılıq
bildirməsi müşahidə olunur. Kən tərkibinin kan adekvatı rus di-
lində bağlılıq anlayışı bildirən aşağıdakı kimi sözlərdə işlənir:
аркан (kəmənd), арканить (kəməndlə tutmaq), канат (yoğun
ip), кандалы (buxov), канатник (çatıotu, kəndirotu) və s.
Rus dilində, hətta, kəndir bitkisinin adını bildirən кендырь fitoniminə də rast gəlmək olur.Ərəb dilində şəhər mənasında
bələd sözü işlənir. Sözün bəl hissəsi Azərbaycan dilindəki bələk,
bəlgə kimi sözlərdəki bəl tərkibi ilə mənaca adekvatlıq təşkil
edir. Bələk və bəlgə sözlərində də ümumi anlayış bağlamaqla,
bürüməklə əlaqədardır. Bələk sözü körpə uşağın büründürülmə-
si, bəlgə sözü isə həm paltarın və ya qalın parçanın qola dolan-
ması və həm də oğlan evinin qız evinə bir nişanə aparıb onların
adlarının bir-birinə bağlanması mənasında işlənir.
Beləliklə, ərəb dilində şəhər mənasındakı bələd sözündə
də bağlamaq, örtülü olmaq motivi müşahidə olunur. Bir sözlə,
müqayisə edilən şəhər mənalı bu sözlərin formalaşmasının mo-
tivində bağlılıq, örtülülük anlayışı dayanır.
Müasir Azərbaycan dilində işlənən fars mənşəli şəhər sö-
zünün şəh tərkibi şah, padşah mənasındadır. Şəhər sözü də bu
mənada şahın əyləndiyi yer, məmləkət anlayışı bildirir. Ümu-
milikdə, şəhər sözünün motivində oturmaq, yerləşmək anlayışı
vardır. Rus dilində isə şahın, hökmdarın əyləşdiyi, oturduğu yer
столица adlandırılmışdır. Столица sözünün kökündə fleksiya-
laşmış (daxili saiti kənara çıxmış) st elementi iştirak edir. St elementlərini bütöv kök kimi şərti bərpa etdikdə
*
sit forması alı-