Mübariz Yusifov 172 mənşədən, bir “ulu kök dildən” törəməsinə dəlalət eləmir. Çünki
heç cür belə bir iddiaya bəraət qazandırmaq mümkün deyildir
ki, dil haradasa böyük yer kürəsinin bir nöqtəsində yaranıb və
oradan da zaman-zaman insanların geniş ərazilər boyunca yayıl-
ması baş verib. O iddianı da əsaslandırmağa kifayət qədər dəlil
tapmaq mümkün deyildir ki, genetik müştərəkliyin səbəbi (və
ya səbəblərindən biri) dillərin tarixi çarpazlaşması, kontaktı və
miqrasiyaların baş verməsinin nəticəsidir. Söhbət ibtidai dildən
gedirsə ibtidai insan barədə düşünmək lazım gəlir. Əgər dil ibti-
dai formada səslərdən, imitasiyalardan, çağırış elementlərindən
və nəhayət birhecalı köklərdən ibarət olmuşsa bu o deməkdir ki,
ilkin insan təfəkkürünün özü ibtidai şəkildə mövcud olmuşdur.
Bu halda, ibtidai insan hansı üsulla, hansı texniki vasitələrdən
istifadə edə-edə keçilməz dağları, meşələri, çölləri, səhraları
dolaşıb dünya üzünə yayıla bilərdi və ya dənizlərdəki, okean-
lardakı ağlagəlməz münbit şəraiti olan adalarda yerləşə bilərdi?
Bunlar ibtidai insanların təbiəti dərketmə səviyyəsi ilə uyğunla-
şa bilməyən reallıqlardır. Ancaq arxtarıldıqda, tədqiq olunduqda
təsəvvürə gəlməyən yerlərdə yaşayan və həm də qəbilə-tayfa
ənənələrini yaşadan insanların dilləri ilə, o cümlədən ölüb get-
miş dillərin elementləri ilə müasir dillər arasında genetik müş-
tərəkliklərin mövcudluğunu təsdiq etmək çətinlik törətməz.
Məsələ bundadır ki, mövcud nəzəriyyələrin hər birində dillərin
yaranması ilə bağlı pozitiv fikirlər olsa da onların heç birində
müştərək elementlərin mövcudluğunun səbəblərini tam şəkildə
izah edə biləcək arqumentlər tapıla bilmir.
4. Dillərin necə yaranması məsələsinin şərhi əlbəttə ki,
asanlıqla həll edilə bilməyən bir sahə olduğundan indiyədək bu
barədə bir-birindən fərqli fərziyyə və mülahizələr irəli sürülmüş-
dür. Dillərin yaranması məsələsi birbaşa insanın özünün necə
yaranması ilə bağlıdır. Bu mənada, əlbəttə ki, insanın necə ya-