Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə140/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
169
nır. Sit formasının sid variantı isə сидеть (oturmaq, əyləşmək), 
сидячий (oturan, oturmuş) sözlərinin əvvəlində işləndikdə söz 
kökünün oturmaqla, əylənməklə, yerləşməklə bağlı vəziyyət an-
layışı konkretləşir. St tərkibi, eyni zamanda, oturmaq üçün işlə-
dilən stul, üzərində iş görmək üçün işlədilən stol sözlərinin əv-
vəlində də iştirak edir. Столица sözünün motivində bu mənada, 
ayaqları olan taxtda əyləşmək mənası durur. Столица sözünün 
bazasında düzəlmiş стул sözündə isə ayaqları olan və oturmaq 
üçün işlədilən əşya mənası bildirilir. Bütövlükdə столица sözü 
ayaq və oturmaq anlayışları üzrə motivləşmişdir. 
Fars dilində столица sözünün qarşılığı kimi işlənən paytaxt 
sözü vardır. Bu söz Azərbaycan dilində ölkənin mərkəz şəhəri, 
hökmdarın, ölkə rəhbərinin oturduğu yer mənasında işlənmiş-
dir. Bu cəhətdən şəhər və paytaxt sözləri arasında ilkin hökmdar 
oturan yer motivi mövcuddur. Paytaxt sözünün pa (y) hissəsi 
fars dilində ayaq mənası bildirir. Pa kökündən payə (paye) sözü 
düzəlmişdir ki, bu da stolun ayağı, mərtəbə və rütbə mənaları-
nı daşıyır. Sözün ikinci hissəsi olan taxt isə çarpayı, kreslo mə-
nasında əyləşmək və uzanmaq üçün işlədilən əşya adı bildirir. 
Bu mənada столица və paytaxt sözlərinin oxşar motiv əsasında 
formalaşdığı müəyyən olunur. İngilis dilində şəhər mənası sity 
sözü ilə ifadə olunur. Sözün kökündə oturmaq mənası bildirən 
sit tərkibi işlənir. İngilis dilində sit sözü ilə oturmaq mənalı 
aşağıdakı kimi vahidlər formalaşmışdır: sit down (oturan), site 
(məskunlaşma), sitting (iclas, iclasda oturanlar), sitting room 
(qonaq evi). Göründüyü kimi, столицаpaytaxtcity və şəhər 
sözlərinin motivində ümumi bir oturmaq, əyləşmək, yerləşmək 
anlayışı ifadə olunur.
Müxtəlifsistemli dillərdə mövcud olan motivləşmiş sözlərə 
dair qış sözünü də nümunə götürmək olar. Qış anlayışı rus di-
lində zima, fars dilində isə zimistan (zemestan) sözləri ilə ifadə 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin