Mübariz Yusifov
170
olunur. Qışın motivi soyuqluqdur. Bu mənada ingilis dilindəki
winter (qış) sözü zima və zimistan (zemestan) sözü ilə ümumi
motivləşməyə daxil olmur. Lakin ingilis dilindəki cold (soyuq)
sözü qış, zima və zimistan (zemestan) sözlərinin ümumi moti-
vinə daxil olur. Qış sözü çuvaş dilində xel şəklində ifadə olunur.
Bu mənada çuvaş dilindəki xel (soyuq, qış) sözü ingilis dilindəki
cold (soyuq) sözü ilə həm quruluşca, həm də mənaca yaxınlaşır.
Azərbaycan dilində qışın soyuqluq motivi ilə bağlılığı sim
(simləmək, soyuqdan xəstəliyə tutulmaq) sözündə ifadə olunur.
Ümumi halda sim, qış, zima, xel sözlərinin soyuqluq (cold) anla-
yışı üzrə motivləşməsi müşahidə edilir. Müxtəlifsistemli dillərdə
sözlərin motivləşmə bazasında formalaşmasına dair nümunələr,
əlbəttə ki, burada təhlil edilənlərdən qat-qat çoxdur. Motiv-
ləşmiş sözlərin təhlilindən də göründüyü kimi, bütün sözlərin
heç də hamısı quruluş və məna üzrə bir-birinin üstünə düşmür.
Motivləşmiş sözlərin mövcudluğu da onu göstərir ki, dillərdə
ayrı-ayrı quruluş üzrə yaranmış sözlərin bir qisminin kökündə
oxşar anlayışlar durur. Oxşar motivlərin mövcudluğu insan və
təbiət əlaqələrinin idrak prosesində oxşar imitasiyalara çevril-
məsinin nəticəsidir. Oxşar imitasiyalar isə motivasiya cəhətdən
uyğun gələn vahidlərin formalaşmasına səbəb olur. Bütövlükdə
isə müxtəlifsistemli dillərdə özünəməxsus müştərək elementlə-
rin baş verməsi “ulu dilin” mövcudluğu ilə deyil, geniş məna-
da, təfəkkür tipologiyasına məxsus universaliyaların meydana
çıxardığı sözyaratma prosesinin bir nümunəsi kimi qiymətlən-
dirilə bilər.
Linqvistik tipologiya
171
Nəticə
1. Müxtəlifsistemli dillərdə genetik müştərəklik biristiqamət-
li deyildir. Genetik müştərəklik həm təkhecalı tərkibdəki, həm
fleksiyalaşmış variantdakı və həm də kök - şəkilçi vəhdətindəki
vahidlərdə müşahidə olunur. Bununla yanaşı, müxtəlifsistemli
dillərdə, həmçinin, samitlərin şaquli istiqmətdəki keçidləri üzrə
formalaşan paralel müştərəklik və motivasiya əsasında yaranmış
oxşarlıq nümunələri mövcuddur. Dillərin tipoloji quruluşunun
öyrənilməsi məsələləri dərinləşdikcə hətta, əlavə müştərəklik
nümunələrinin də müəyyənləşdirilə biləcəyi istisna deyildir.
2. Müxtəlifsistemli dillərdə genetik müştərəklik məsələlə-
ri araşdırıldıqca ortaya çıxarılan nümunələrin arasında tipoloji
fərqlər üzrə məhdudiyyət qoymaq mümkün olmur. Çünki ən
qədim dövrlərdə dillərin formalaşması nitq səslərinin üzvlən-
məsi və təkamülü əsasında ilkin birhecalı köklərin yaranması
prosesinin içərisindən keçir. Buna görə də indiki dillərin kök-
sözlülüyündən, aqlütinativliyindən, analitik-flektivliyindən və
ya polisintetik (inkorporlaşan) quruluşundan asılı olmayaraq
genetik köklər arasında quruluş və anlayış üzrə müştərəkliklər
müşahidə edilir. Bu o deməkdir ki, ayrı-ayrı ərazilərdə məskun-
laşmış insanların dillərinin bünövrəsi təkhecalılıqdan başlamış,
sonrakı mərhələlərdə isə dillərin ictimai, sosial, siyasi, iqtisadi
resurslar məkanı onların formalaşma istiqamətlərində divergen-
siya baş verməsinə səbəb olmuşdur. Nəticədə dillər bir-birindən
fərqlənməyə başlamış, xüsusiləşmiş və yazıdan sonrakı proses-
də hər bir dil üçün özünəməxsus icbari normalar tətbiq edilməyə
başlamışdır.
3. Tipoloji cəhətdən fərqlənən dillərdə oxşar və müştərək
əlamətlərin mövcudluğu onların hamısının bütövlükdə eyni
|