Linqvistik tipologiya
171
Nəticə
1. Müxtəlifsistemli dillərdə genetik müştərəklik biristiqamət-
li deyildir. Genetik müştərəklik həm təkhecalı tərkibdəki, həm
fleksiyalaşmış variantdakı və həm də kök - şəkilçi vəhdətindəki
vahidlərdə müşahidə olunur. Bununla yanaşı, müxtəlifsistemli
dillərdə, həmçinin, samitlərin şaquli istiqmətdəki keçidləri üzrə
formalaşan paralel müştərəklik və motivasiya əsasında yaranmış
oxşarlıq nümunələri mövcuddur. Dillərin
tipoloji quruluşunun
öyrənilməsi məsələləri dərinləşdikcə hətta,
əlavə müştərəklik
nümunələrinin də müəyyənləşdirilə biləcəyi istisna deyildir.
2. Müxtəlifsistemli dillərdə genetik müştərəklik məsələlə-
ri araşdırıldıqca ortaya çıxarılan nümunələrin arasında tipoloji
fərqlər üzrə məhdudiyyət qoymaq mümkün olmur. Çünki ən
qədim dövrlərdə dillərin formalaşması
nitq səslərinin üzvlən-
məsi və təkamülü əsasında ilkin birhecalı köklərin yaranması
prosesinin içərisindən keçir. Buna görə də indiki dillərin kök-
sözlülüyündən, aqlütinativliyindən,
analitik-flektivliyindən və
ya polisintetik (inkorporlaşan) quruluşundan asılı olmayaraq
genetik köklər arasında quruluş və anlayış üzrə müştərəkliklər
müşahidə edilir. Bu o deməkdir ki, ayrı-ayrı ərazilərdə məskun-
laşmış insanların dillərinin bünövrəsi təkhecalılıqdan başlamış,
sonrakı mərhələlərdə isə dillərin ictimai, sosial, siyasi, iqtisadi
resurslar məkanı onların formalaşma istiqamətlərində divergen-
siya baş verməsinə səbəb olmuşdur. Nəticədə dillər bir-birindən
fərqlənməyə başlamış, xüsusiləşmiş və yazıdan sonrakı proses-
də hər bir dil üçün özünəməxsus icbari normalar tətbiq edilməyə
başlamışdır.
3. Tipoloji cəhətdən fərqlənən dillərdə oxşar və müştərək
əlamətlərin mövcudluğu onların hamısının
bütövlükdə eyni